Gönderi

Musa Yaqub
Ağırı,yüngülü yerbəyer eylər Bu dünya özü bir daş tərəzidir Ariflər gözündə, haqq divanında Hörmət tərəzisi baş tərəzidir Sinəmdə qəlb yanır, ağzımda dilim Yox , belə bazarda gətirməz əlim Boş əli çəkiyə kim salacaq,kim? Boş əlin özü də boş tərəzidir Yalan küləkləyir, doğru ləhləyir Yüngül var görürsən ağırı əyir Ömrünün atını vaxt dəhmərləyir Ömrün ölçüsündə, yaş, tərəzidir
·
93 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.