Gönderi

“Bu nə deməkdir? Yalnız xəstə ilə danışmaqla da xəstəlik sağalarmı?” Bu isə onlarda uzaqgörənliyin və olayları ardıcıllıqla izləmək bacarığının olmamasından doğur. İşə baxın, indi həkimi qınayan bu qohumlar bundan öncə öz doğmaları olan bu xəstəni də “özü üçün xəstəlik uydurmaq”da qınayırdılar. İnsanların keçmişlərdə sözlə ovsunlandıqları dönəmlər arxada qalsa da, ancaq söz yenə də özünün möcüzəli təsirlərini saxlamaqdadır. Sözlə bir insan başqasının könlünü aça, ya da onun qanını qaralda bilər, müəllim öz biliklərini öyrəncilərinə sözlərin yardımı ilə öyrədir, hansısa natiq sözün gücü ilə çoxsaylı insanların diqqətini özünə toplaya, onlarda bəlli bir düşüncə və rəylər yarada bilir. Bir sözlə, sözün çox güclü təsir qüvvəsi vardır və insanlar hamılıqla onun bu gücündən öz aralarında bir-birinə təsir edə bilmək üçün yararlanırlar
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.