Gönderi

111 syf.
8/10 puan verdi
·
Read in 4 days
Post mortem - ölümdən sonra. "Hər qadın öz içində bu dərin dünyanın xəyalını əks etdirir, biz ora ancaq öz dünyamızı inkar edərək vara bilərik." Son dərəcə dəyərli və sərt bir üslubda olan bu kitab, əslində Caraco'nun daha çox bilinən əsəri olan "Xaosun müqəddəs kitabı"nda dərin şəkildə hiss etdiyimiz qəzəb və nifrəti daha yaxşı başa düşmək üçün bir başlanğıc rolunu oynayır. Xəstəlik, sevgi, ölüm kimi ələ alınan mövzular hər kəsin bir şəkildə yaşadığı çətin günlərinin bir yansımasıdır. Anasının ölümündən sonra yazdığı bu əsərdə Caraco anası haqqında düşüncələrini, geniş planda isə qadınlar barədə düşüncələrini ifadə edir. Əsəri səciyyələndirən xatirələr, nifrət, bədbinlik, satira və müəyyən bir istehzadır. Eyni anda sevdiyi və nifrət etdiyi qadına bir növ xatirələrindən nifrət və təşəkkür əlamətidir. Onu dünyaya gətirdiyi üçün nifrət və ona ilham verdiyi üçün təşəkkür. Caraco'nun yaradıcılığında bioqrafiyanın nə qədər vacib rol oynadığını əsərlərini oxuyaraq anlaya bilərik. Amma müharibədən sonra Parisə geri qayıtdığında onda yaranan yıxım və fəlakət duyğusunu, insanlığa dair ümidsizliyini şəxsi qərarıyla görə bilərik - intihar. İllərlə intihar etmək barədə düşünsə də, ailəsini üzməmək üçün bunu reallaşdırmamışdır. Lakin atasının da ölümündən sonra bu qərarını həyata keçirməmək üçün heç bir səbəbi qalmamış və bir neçə saat sonra intihar etmişdir.
Post Mortem
Post MortemAlbert Caraco · Versus Kitap Yayınları · 2008636 okunma
··
144 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.