Gönderi

344 syf.
·
Not rated
·
Liked
Waris Dirie "Səhra çiçəyi"
Bugünə qədər oxuduğum "Ən" təsirli kitablardan biri oldu "Səhra çiçəyi" . Waris Dirie - nin Somali'də dünyaya göz açmasından sonra BMT-nin xüsusi nümayəndəsi olmasına qədər yaşadığı "çətin və ağrılı" həyat hekayəsini paylaşdığı bir bioqrafik kitabdır. Waris Dirie model, yazıçı və aktrisa , Qadın Sünnətinə Qarşı (FGM) müdafiəçi kimi fəaliyyət göstərib. Kitabın əsas mahiyyəti insanlara Somali'də yaşayan milyonlarla qız uşaqlarının məruz qaldığı erkən nigah, çətin həyat tərzi və qadın sünnətinə diqqət çəkməkdir. Hər il milyonlarla qız uşaqları 4-5 yaşında olarkən qadın sünnətinə məruz qalır və öz qadınlıq hisslərini ömür boyu itirirlər. XXI əsrdə olmağımıza baxmayaraq bu haqqda hələ də heçbir məlumatım olmadığına təəsüfləndim sadəcə. Waris Dirie-nin də kitabdan qeyd etdiyi kimi: "Bir gün gəlsin, heçbir qadın belə ağrı çəkməsin və bu çox keçmişdə qalmış bir ənənədir desinlər."
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20143,085 okunma
·
10 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.