Gönderi

304 syf.
9/10 puan verdi
Albert Camus - Taun Bu ayın son kitabı olan,Albert Camusun Nobel mükafatına layiq görülmüş “Taun”dan bəhs etmək istəyirəm.Taunu oxuduqca elə bu gün yaşadığımız dünyanın, insanların əziyyətləri gözümdə canlanırdı.Tək fərq müəllifin yazdığı bu əsər, o dövrün Avropasında mənə görə daha əzablı,qorxunc,dəhşət dolu olub. Hadisələr 194..cı illərdə Oran şəhərində cərəyan edir.İlk səhifələrdə müəllif bu şəhərin görünüşü, yaşayışı, insanları haqqında məlumat verir.Sonra isə artıq buradakı fəkakətlərin ilk qığılcımları alovlanmağa başlayır.Günlərin bir günü həkim Bernar Ryö evinin qapısının ağzında siçan ölüsü görür.İlk vaxtlar buna fikir verən olmur.Artıq siçan ölüləri hər gün artırdı.Bu isə, həm həkimi,həm də ətrafındakı insanları təəccübləndirməyə başlayır.Sanitariya idarəsi hər gün bu gəmiricilərin yüzlərlə, minlərlə cəsədlərini yığırdı.Elə həmən günlərdə Ryönün ev nəzarətçisi yüksək qızdırma və bədəndəki qəribə düyün şişlərdən dünyasını dəyişir.Artıq bu əlamətlər ətrafdakı başqa insanlarda da baş verməyə başladı.Ryö bunun bir epidemiya olduğuna əmin idi. Oran şəhərini caynağına almış taun artıq insanların həyatlarını,ümidlərini, sevinclərini,xoş günlərini özü ilə silib aparırdı.Vəziyyət kəskinləşdikcə ölənlərin sayı durmadan artırdı.Təsəvvür edin ölü sayı o qədər çoxalmışdı ki,onları basdırmağa yer tapılmırdı.Son çarə meyidləri sobada yandırırdılar. Bu ağır günlərdə isə ən çətin öhdəlik həkim Ryönün və onun dostlarının üzərinə düşmüşdü.Onlar könüllü sanitar dəstələrinə qoşularaq durmadan insanlara yardım göstərir, öz sağlamlıqlarını da təhlükəyə ataraq fədakrlıq edirdilər. Taun heç kimə mərhəmət göstərmirdi. Həm fiziki, həm də ruhən hər kəsi çökdürmüşdü.Roman bitib-tükənmək bilməyən ağrı-acını, insanların ölüm qarşısındakı acizliyini, qorxusunu, mübarizəsini özündə cəmləşdirib. Ölümlə yaşam arasındakı incə bir cizgi var ki, biz onun bəzən fərqində olmuruq.Amma ölüm sən demə, gözlə kirpik arası qədər məsafədədir.Dərs çıxarılacaq və anlamlı bir əsərdir.Ona görə də mütləq oxuyun. Bir dəfəylə oxunulub qırağa qoyulacaq kitab da deyil.Daha dərindən qavramaq üçün ən azı 2-3 dəfə oxumaq lazımdır
Taun
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201620,2bin okunma
·
89 görüntüleme
Murad Kazımov okurunun profil resmi
Son günlərdə oxunulması lazım olan kitablardan biridir. Amma Albert Camus bu əsərinə görə Nobel mükafatı almayıb bildiyim qədəri ilə, ümumiyyətlə yazdığı əsərlər müqabilində verilib.
Təbəssüm Mustafaeva okurunun profil resmi
Nobel mükafatı alıb, amma dəqiq bilmirəm hansı əsərinə görə🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.