"Qorxunun, cəsarətin və qorxaqlığın misilsiz hekayəti" - Independent
Albert Kamyunun oxuduğum ilk kitabıdır. Bəyəndim və digər kitablarını da oxumağı düşünürəm. 1947-ci ildə nəşr olunmuş bu kitab Kamyuya şöhrət gətirən kitablardan biridir.
Ümumilikdə mövzu əhali arasında Taun xəstəliyinin yayılması nəticəsində şəhər qapılarının bağlanması, əhalinin karantinə alınması, profilaktik tədbirlərin aparılması, əhalinin gərginliyi, mübarizəsi və bu kimi hadisələrdən ibarətdir. Yəni bir sözlə hazırki vəziyyətimizi əks etdirir.
Hadisələr 194..cı ildə Oran şəhərində baş verir.
Həmin tarixə baxsaq (1940-cı il-iyun) bu tarixdə Faşistlərin Fransanı işğal etdiyini, burada Vişi hakimiyyətini (kukla dövlət) qurduğunu görərik və məhz yazıçı da sətiraltı şəkildə bunu oxuculara çatdırıb. Tauna qarşı görülən tədbirlər və mübarizə də faşistlərin işğalına və qurduğu hakimiyyətə qarşı həyata keçirilən Müqavimət hərəkatını əks etdirir.
Digər tərəfdən yazıçı insanların sevgi, qorxu, vicdani hislərini çox gözəl qələmə alıb. Bundan əlavə din və ateizm məsələlərinə də toxunub.
Oxumağınız tövsiyə olunur. Xoş Mütaliələr