Gönderi

9/10
·328 syf.··
Beğendi
·
2020 27. kitabı
Nəhayət Corc Oruellin qələmi ilə tanış oldum və yaxşı ki tanış oldum. Həm güldürdü, həm düşündürdü, həm də qələmini sevdirdi . Bəzi kitablar var ki, səni özünə cəlb edir, bəzilərinə də əlin getmir. Əvvəlcə “Boğuluram” da elə oldu. Çəkmirdi məni amma oxumağa başlayandan sonra dedim “yahu belə kitabdan keçməkmi olar?” . Mövzusuna gəldikdə isə hər şey 45 yaşlarında olan Corc Boulinqin adından danışılır. Corc 45 yaşında, ailəsi, qayğıları olan biridir. Müharibədən öncəki həyatı, uşaqlıq xatirələri, gəncliyi, yaşadığı xoş günlər və ardından gələn I Dünya müharibəsi, müharibənin yaratdığı qorxular, kapitalizmin gücü və yenidən II dünya müharibəsinin astanada olduğu bir vaxtda onu qorxuya salan, bütün bunların başında duran, ən çox düşündürən Müharibədən sonra hər şey necə olacaq fikirləri. Bəzi bölümlər doğurdan da insanı düşündürür və bir çox cavabsız suallarla üzləşirsən. Amma bəzi bölümlər də oldu ki, səsli güldüm əsas da yoldaşı Hilda barəsindəki fikirləri, onu nələrəsə bənzətməsi bilirəm ki çoxluq Corc Oruellin əsərləri ilə tanışdır. Gecikdiyim üçün təəssüflənirəm. Bir sözlə yazarı çox sevdim
Edebiyat
BoğuluramGeorge Orwell · Parlaq imzalar · 201710,6bin okunma
·
39 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Hərbi xidmətdə oxumağa çalışdığım amma sıxıcı gəldiyi üçün yarım qoyduğum bir kitabdı. Yazıçının 1984 kitabını məsləhət görürəm. Şahəsərdi
Təbəssüm Mustafaeva
Gönderi Sahibi
Insallah oxuyacam hele ki elimde yoxdur o kitab. Amma bu kitabi sevdim🙂