Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

381 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Şiddətlə tövsiyyə edilir.
Bu gün Oruellin "1984" əsərini təhlil edəcəyəm. Əvvəlcə əsərin adı ilə bağlı danışmaq istəyirəm. Oruell romanına nə üçün belə bir ad seçmişdi? Niyə başqa bir tarix yox 1984? Bu rəqəmlər nə ifadə edirdi? Müəllif romanını əslində "Avropada sonuncu insan" adlandırmaq istəyirmiş. Böyük Qardaşın ideyalarına qarşı çıxan Uinston Smitin Sevgi Nazirliyində məruz qaldığı fiziki və mənəvi işgəncələr, onun düşüncələri, etiraz hissi hər şey belə bir ad üçün zəmin yaradırdı. Lakin əsərin çapı ərəfəsində Oruell ilkin variantdan imtina edir və "1984" adı üzərində dayanır. Bu seçimlə bağlı müxtəlif versiyalar mövcuddur. Bir versiyaya görə bu əsərin üzərində işlərin tamamlandığı 1948 ci illə bağlıdır. Sadəcə 4 və 8 rəqəmlərinin yeri dəyişmişdir. Digər bir versiyaya görə Oruellin kitab üzərində düşünmədiyi tarixin(1944) üzərinə 40 il rəqəmi(Musanın yəhudiləri Misir əsarətindən xilas etdikdən sonra səhrada gəzdirdiyi müddət) gəlməsi nəticəsində romanın adı yaranmışdır. 3-cü bir versiyaya görə romana ad kimi "1984" tarixinin seçilməsini Böyük Britaniyada sosialist hərəkatının-Fabian Cəmiyyətinin 100 illik yubileyi ilə əlaqələndirir. Başqa versiyalar da mövcuddur. Onların hansının həqiqət olduğunu isə indi söyləmək çətindir. İndisə əsərin təhlilinə keçək. Uzun müddətdir oxumaq istəyibdə oxuya bilmədiyim bir kitab idi. Kaş daha əvvəl oxuyardım dedim:(. Əsəri oxuyarkən ən sevdiyim əsərlərdən biri olan "Fahrenheit 451" əsərini xatırlatdı. Daha mövzuya keçməyin vaxtıdır. Hadisələr Okeaniya ərazisində baş verir. Əsərin baş qəhrəmanı Uinston Smitdir. Burada əhali 3 hissəyə bölünmüşdür. Daxili partiya nümayəndələri(2%), kənar partiya nümayəndələri(13%)və prollar.(Proleriat təbəqə-85%). Əsər təzadlardan ibarətdir. Bu özünü Nazirliklərin vəzifələrindədə göstərir. Hansıki bütün hakimiyyət bu dörd nazirliyin əlindədir. Sülh Nazirliyi- müharibə məsələləri ilə, Həqiqət Nazirliyi- tarixin saxtalaşdırılmasıyla, Rifah Nazirliyi- məhdud resusrların bölüşdürülməsiylə, Sevgi nazirliyi -partiyaya uyğun olmuyan fikirlərin təqib olunması ilə məşğul olur. İnsanların şəxsi həyatı deyə bir şey yoxdur. Hər şeyə teleekranlar vasitəsilə nəzarət edilir. Artıq hər kəs bir-birini fikir cinayətinə görə sata bilər. Əsərin məzmununa çoxda girmək istəmirəm. Hər cümləsi insanı düşünməyə vadar edir. Bu əsər təkcə siyasi antiutopiya deyil həmdə kədərli məhəbbət romanlarından biridir. Culiya ilə Uinstonun sevgisi məndə çox dərin iz qoydu. Bir birini sevən bu iki insan hər şeydən, riyakarlıqdan uzaq öz kiçik dünyalarında sadə ömür sürmək istəyirlər. Bu məhəbbət onları "yadlaşdırır" . Əsər xoşbəxt sonluqla bitmir. O Brayenin ( Uinstonun xəyali müttəfiqi) təkcə işgəncələri deyil, həmdə dəlilləri qarşısında gücsüz qalan Uinston Smit məğlubiyyət bayrağı qaldırır. Mənim fikrimcə Uinston Smit heçdə məğlub olmuş sayılmır. "Fahrenheit 451" -də deyildiyi kimi "Dünyanı xilas edə biləcək şeyi özünüz yaradın və əgər yolda batsanız, heç olmasa biləcəksiniz ki, sahilə doğru üzmüsünüz."
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019166,5bin okunma
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.