9/10
·328 syf.··
Beğendi
·
2020 29. kitabı
🖇 Çingiz Abdullayev - detektiv əsərləri ilə məşhur olan, heç də Aqata Kristidən, Artur Konan Doyldan geri qalmayan dəyərli yazıçılarımızdandır və nədənsə bu insana dərin hörmətim var. Aqatanı digər detektivləri oxuyanda az çox müəyyən edirəm sonluğu.Amma nədənsə bu Çingiz müəllimdə heç cür alınmır, bu da məncə onun peşəkarlığı, qələminin gücüdür. Belə bir yazıçımızın olmağı, əsərlərinin bir çox ölkələrə tərcümə olunması və sevilərək oxunması bizim üçün sevindirici haldır. 30 milyona yaxın nüsxəli kitabları çap edilib. Bu bizim üçün fərəhləndirici hissdir ki, belə insan bizdədir. Düzdür onun cəhənnəmlə bağlı dediyi fikirlərə görə tənqid etdilər. Amma onun dediyini anlamaq üçün gərək daha çox mütaliə edəsən, əsas da onun əsərlərini çox oxumaq lazımdır ki, sözlərindəki sarkazmı başa düşsünlər. Bu mənim fikrimdir. Yəni o sözlər onu pis yazıçı etmir. . 🖇 Əsərlərinin çoxu siyasətlə bağlıdır.Həmçinin Namərdin üslübu da detektiv janrda olsa da siyasi motivləri özündə əks etdirir. Əsas mövzu Rusiyanın məşhur biznesmeni Aleksandr Mixayloviç və ona qarşı qurulan təxribat.Böyük bir şirkətin, kompaniyanın sahibi olan Aleksandr Moskvada keçirilən Rusiya kompaniyasının səhmlərinin satışının hərracında iştirak etməlidir.Lakin hərracın başlanılmasından bir neçə gün əvvəl Aleksandr oteldə bir xanımla tanış olur və onunla eşqbazlıq edir. Bir neçə gün sonra o Parisə qayıdır. Lakin ona xəbər verilir ki, həmin qızı qaldığı otel otağında qətlə yetiriblər. Bunu isə otel nömrəsində kameraya çəkirlər. Bu çəkilişlə onu şantaj edərək hərracda iştirakından imtina etməsini tələb edirlər. Çünki qızı qətlə yetirən şəxsin çiynində eyni ilə Aleksandrın çiynində olan çapıq var.Bu isə qatilin Aleksanr olduğunu sübut etmək üçün peşəkarcasına təşkil olunan cinayətdir.Məhz günahsız olduğunu aşkar etmək üçün o Dronqoya müraciət edir.Doronqo yazarın məşhur xəfiyyəsi və cinayətkarların qənimi) hadisələrin maraqlı davamı da Dronqonun həyacanlı, aksionlu axtarışları ilə davam edir.. Kitabın sonuna kimi şübhələndiyim obraz isə puç oldu. detektiv, siyasətlə bağlı kitabları sevən varsa oxusun bu kitabı. hər kəsə xoş mütaliələr
Siyaset
Namərdin ÜslubuCengiz Abdullayev · Qanun Nəşriyyatı · 201498 okunma
·
94 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.