Puan vermedi·456 syf.··
2020 34. kitabı
Bir sözlə möhtəşəm əsər. Bu əsəri Qorki 1906-cı ildə sürgündə olarkən yazmışdır. . Ana - sosializmin doğruluqlarını xalqa çatdıran,fəhlə həyatının çətinliklərini, kapitalizmin çirkin üzünü cəmiyyətə sərgiləyən romandır.Bütün bunlar isə ananın və oğlu Pavelin simasında təzahür edir. Roman,İllər uzunu ərinin şiddətinə məruz qalan, haqqını tələb etməyi bacarmayan bir qadının, yəni ananın daha sonra isə oğlu Pavel sayəsində Rusiyanın o dövrki burjuaziya sisteminə qarşı inanılmaz cəsarətinin mübarizəsidir. Pavel və dostları xalqı çar zülmündən,yoxsul həyatın girdabından çıxartmaq üçün qəzetlər nəşr edir və gizlin yolla bu qəzetləri,eyni zamanda doğruları əks etdirən,oxunması qadağan edilən kitabları işçi cəmiyyətinə paylayır, oxumağa insanları sövq edir. 1 May - işçi bayramında isə Pavel və bəzi dostları etdiklərinə görə həbs olunurlar.Lakin buna baxmayaraq Pelageya Nilovna,yəni ana oğlunun bu siyasətini davam etdirməyə, belə desək öz canını qoyur.Daha o döyülən, haqqını tələb edə bilməyən qadından əsər-əlamət qalmamışdı.Artıq ana özünü oğlunun yolunda sipər etməyə hazır idi. O, bütün ağrılarını,qorxularını içində basdırmışdı. Yorulmadan,bezmədən,ona verilən hər işin öhdəsindən gəlməyə çalışırdı.Artıq nə soyuq, nə boran,nə həbs olunmaq qorxusu heç bir şey onu qorxutmurdu.Bu inqilabda ya olum var olacaqdı, ya da ölüm... Ananı gah çarəsiz,gah ümid dolu,gah bitkin,gah da tamam tükənmiş gördüm. Amma bütün bunlara baxmayaraq sonsuz əzminin də şahidi oldum. . Əsərdə eyni zamanda Pavelin dostları olan xoxolu(Andryuşa ) Nikolayı, Nataşanı, Saşenkanı Sofyanı, Vesovşikovu və digərlərinin sadiqliyini, mərdliklərini , anaya olan mərhəmətlərini, göstərdiyi sevgini sevdim. . Qorki bu romanda,həm də bütün xalqlara birliyi,sevgini,sülhü aşılayıb.Kitab çox sadə, axıcı dillə yazılıb.Heç yormadı məni, mütləq “ANA”nı, onun əziyyətlərini, dəyanətini, mübarizəsini oxuyun
Edebiyat
AnaMaksim Gorki · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201534,4bin okunma
·
123 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.