Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

464 syf.
·
Puan vermedi
·
47 günde okudu
İlk əvvəl Hugo kitabları haqqında onu deməliyəm ki, siz bu kitabları oxuyaraq ətraflı həmin dönəmin Fransasına baxmış olursuz. Yəni həmin dönəmdə baş vermiş hadisələr haqqında ətraflı məlumat almış olurusuz. Heç ədəbi əsər oxumaq dərdində olmayan, roman oxumaq fikri olmayan insan belə təkcə Fransa tarixini bilmək istəyirsə Huho kitablarını oxumalıdır mütləq. Çünki həm tarixi bilmiş olur həm də əlavə olaraq həmin tarixə həmin dönəmdə yaşamış insanın gözü ilə baxır bir növ. Din, toplum, və təbiət. İnsanın mübarizə apardığı üç sahə. Din mövzusunu Notre Dame'da, toplum mövzusunu Səfillər kitabında işləyən yazar bu kitabında da təbiəti mövzu olaraq seçir. Kitabda bəhs olunanlar yazarın özünün də sürgünə göndərildiyi Normandiya torpaqlarında(Fransa) dənizçi toplumun yaşadığı Guernsey adasında yaşanır.  1866 cı ildə yayımlanan bu kitabı Guernsey adasına ithaf edir yazar. Sürgünə göndərilən,lakin sonradan sürgün qərarı ləğv olunan yazar bu adada yaşamağa qərar verir və 15 il ərzində orda yaşayır. Bu kitabı da 15 il ərzində orda gördükləri, yaşadığı hislər sayəsində ortaya çıxarır. Kitabdakı hekayənin əvvəllərində yaşlı dəniz işçisi Lethierry və onun himayəyə götürdüyü qız uşagı Deruchette dən bəhs olunur. Bu bölmələri oxuyarkən Səfillərdəki Jan Valjean və Cosette yadıma düşdü. Bu kitabda da Yaşkı kişi balaca qızı öz qızı kimi sevir və bu sevgi elə bir sevgidir ki qızı ilə gələcəkdə evlənəcək adamı xüsusi bir incəliklə seçmək istəyir. Qızı ilə yanaşı onun ikinci bir sevgisi var. Bu da öz buxarlı gəmisiBuxarlı gəmi o zamanlar yelkənli gəmilərin daha çox olduğu bu dənizlərdə rəğbətlə qarşılanmırdı. Həm qəzəbə həm də həsədə səbəb olurdu. Çünki buxarlı gəmi ilə yelkənlilərə nisbətən daha çox qazanc əldə edilə bilirdi . Buna görə həsədlə yanaşırdı insanlar. Amma hər şeyə rəğmən usta dənizçi Letjəhierry adanın və ətrafın ən zənginlərindən olur. Lakin günün birində gəmisi öz köməkçisi tərəfindən səfər zamanı bilərəkdən batırılır. Sahildə qızı olaraq gördüyü Deruchette ilə öz gəmisini gözləyir. Gəmisinə sevgisi o qədər idi ki gəmiyə kəndir bağlayıb kəndirin digər ucundan öz otağında yatarkən belə tuturdu. Gəmisinin yoxluğu ona ağır gəlirdi. Bir əli qızında idi amma digər əli boş idi. Gəminin batmasının səbəblərini isə oxuduqda biləcəksiz. Gəmi dənizin ortasında yan yana olan iki qayalığa sıxışıb qalmışdı. Usta dənizçi qızının gələcək həyat yoldaşının həm də özünün davamçısı, gəminin sonrakı kapitanı olmağını istəyirdi. Gəminin ürəyi sayılan qazanxana hissəsini o azğın dənizdən geri gətirən adama qızını verəcəyinə söz verir. Lakin adanın ən güclüləri və varlıları belə boyun qaçırır bu təhlükədən. Nə qədər də qızı istəsələr və gözəlliyinə vurulsalar da.  Lakin qızı sevən Gilliat adlı gənc bunu eşidən kimi ortaya atılır. Gilliat və Deruchette arasında əvvəllər də baxışmalar olmuşdu və hər ikisinin ürəyi bir birinə açıq idi. Gilliat qayığı ilə azğın dənizdə yola qoyulur.  Spoiler verdiyimi düşünməyin. Bu dediklərim əsas olanların yanında heçnədir. Hekayə irəllədikcə Hugonun fikirlərinə də rast gəlirik. Mövzudan uzaqlaşmayaraq qısa qısa öz fikirlərini,düşüncələrini ortaya qoyur yazar və düşünməyə vadar edir. Gilliatın azğın dənizdə başına nələr gəldiyini, geri döndükdə nələr olduğunu, gəminin batma səbəbini, gəminin adada işləməsi ilə insanlar arasında baş verənlərə kitabı oxuduqda şahid olacaqsız. İnsanların buxarlı gəmi timsalında yenilikçi hərəkətlərə necə qarşı çıxdığını,  xəyanəti, məhəbbəti görəcəksiz. Bu kitabdakı məhəbbəti heç bir romanda görməmişəm. Əsas da kitabın sonunda baş verən hadisələrdə yaşadığım hisləri başqa kitabda hiss etməmişəm. Bu kitabda nə qədər təbiət mövzu olaraq seçilsə də yazarın səfillər və notre dame kitabındakı mövzulardan da bildiyiniz duyğuları yaşayacaqsız həm də.  Xəyanət hissini bu kitabda çox şiddətli hiss edəcəksiz ard arda xəyanətə hər insan dözə bilməz. Lakin yaşlı dənizçimizin tək ümidi Gilliatın qazanxana ilə birlikdə dönməsi idi. Bu ümid hesabına qızına tutunaraq yaşamağa çalışdı. Gilliat xüsusi obrazlardan biri idi mənim üçün. Eynən Martin Eden kimi. Jan Valjean kimi. Kitabın başlarında sıxılsam da mövzunun içinə girdikcə çox sevdim. Hətta ən sevdiyim kitablardan oldu. Oxumağınızı şiddətlə tövsiyə edirəm. Əlavə olaraq onu deyim ki dənizi doya doya hiss edəcəksiz kitabda. Bəli dənizi çox adam sevir. Sahildə durub dənizdən həzz alırıq çoxumuz. Lakin dənizin digər üzünü bu kitabda doya doya hiss edəcəksiniz. Xoş oxumalar
Deniz İşçileri
Deniz İşçileriVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 20191,699 okunma
·
384 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.