Pastrol Senfoni və Beethoven’in 6-cı senfoniyası
“... yani, senfoninin güzelliği yanındı ben çirkin, aykırı kalıyor muydum? Bunu sizden başka kime sorabilirdim, Rahip efendi?”
Andre Gide novella janrında yazdığı əsərləri ilə həyata, insanlara, onların daxili aləminə özünəməxsus bir səyahət yaradır. Gide’nin bu əsəri ilk baxışdan dini inancların əksinə, Tanrını sorğulayan bir əsər kimi görünsə də, əslində bundan daha artığıdır. Yazar bir rahibin gənc və kor qıza şəfqətlə başlayan, günü gündən isə daha da böyüyən və sevgiylə əhatə olunan duyğularının fonunda insanlığı, inancı, sevgini, qorxunu, günahı, qadın-kişi münasibətini, din və ailə bağlarını nəzərdən keçirir.
Səhifə sayı az olmasına baxmayaraq son dərəcə dərin, düşündürücü və oxumağa dəyər əsərdir.