Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

344 syf.
9/10 puan verdi
·
15 günde okudu
"Ben devrimci değilim. Ben deneyimsiz bir adamım. Böyle şeylerden anlamam ki. Ben tamirciyim. Kırılan ne varsa tamir ederim – yürek dışında." Malomud'un uşaqlığında babasından eşitdiyi bir hadisə varmış: Beilis işi. Romanı məhz keçən əsrin əvvəllərində (1911) Çar Rusiyasında (Kiyevdə) yaşanan bu hadisədən təsirlənərək yazmışdır. Spinoza'dan başlayıb Dostoyevski'nin "Cinayət və cəza"sına, Kafka'nın "Dava"sına, Ellisonun "Görülməyən adamı"na aparan bir kitab. Malamud bir tarixi hadisədən yola çıxaraq yaşadığı dövrdə də irqi zəmində olan haqsızlıqları göstərməyə çalışır və əslində tək bir insana olan ədalətsizliyin bütün insanlığa qarşı ədalətsizlik olduğunu vurğulayır. Yakov'a yardım etməyə çalışan Bibikov'un da dediyi kimi: "Sənin həyatının dəyəri yoxdursa, mənimkinin də yoxdur deməkdir. Qanunlar səni qorumursa, gün gələcək, məni də qorumayacaq deməkdir." Dövlət nədir? Vətəndaşlarına gözəl bir həyat bəxş etməyə borclu olan bir sistem mi, yoxsa onlara hər şeyi rəva görən bir güc mü? Dövləti idarə edən və ya təmsil edən insanlar bu imkanlardan istifadə edərək fərdlərə qarşı ədalətsizlik yarada bilər mi? Böyük cəmiyyətin bir parçası olan milli azlıqları cəmiyyətdən kənar tutmaq, onlara qarşı haqsız davranmaq, hüquqlarını gözardı etmək, qəddarca davranmaq olar mı? Bir insanın qarşılaşa biləcəyi bütün haqsızlıq, ədalətsizlik və s. təsirli bir üslubda anlatılarkən özünü Yakov'un yerinə qoymamaq, empati qurmamaq, ağrı-acılarını, kədərini hiss etməmək mümkün deyil. Yakov'un yaşadıqları insanı düşündürür, çünki o bir tərəfdən acı çəkərkən, digər tərəfdən də mübarizə aparır. Spinoza isə Yakov'un xəyali dostu olaraq dirənişini formalaşdırmaqda böyük rol oynayır. Romanın hüzünlü və dramatik gedişatını və sonluğunu görə bilməyiniz üçün onu oxumağı tövsiyə edirəm. Çünki burdakı ədalətsizliklər, haqsızlıqlar hər birimizə tanış mənzərədir. Və Yakov'un bizə bir mesajı da var: "Mübarizənin olmadığı yerdə azadlıq yoxdur."
Tamirci
TamirciBernard Malamud · Kafka Kitap · 20131,163 okunma
·
227 görüntüleme
Gülü okurunun profil resmi
Bu yazar haralıdı?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.