Gönderi

184 syf.
·
Puan vermedi
Dekabr ayının ilk kitabını bitirdim. Yazardan oxuduğum ikinci kitab idi. Ümumiyətlə yazarın qələmini bəyənirəm, çox axıcıdı. Bu gün oxuyub bitirdiyim kitab isə Corc Oruellin "Heyvan respublikasi" kitabıdır. Mülkadar fermasının heyvanları üsyan qaldıraraq ferman sahibi qovurlar.Və beləliklə özləri üçün əkib-becərib,yaşamağı,azad olmağı ümid edirlər.Azad olan Heyvan fermasinda 7 Hökm qəbul edilir. 1. IKİ AYAĞI ÜSTƏ GƏZƏN NƏ VARSA DÜŞMƏNDIR. 2. DÖRD AYAĞI ÜSTƏ GƏZƏNLƏR VƏ YA QANADI OLANLAR DOSTDUR. 3. HEÇ BİR HEYVAN PALTAR GEYMƏMƏLİDİR. 4. HEÇ BİR HEYVAN ÇARPAYIDA YATMAMALIDIR 5. HEÇ BİR HEYVANALKOQOLİÇMƏMƏLİDİR. 6. HEÇ BİR HEYVAN BAŞQA BİR HEYVANI ÖLDÜRMƏMƏLİDİR. 7. BÜTÜN HEYVANLAR BƏRABƏRDİR. Lakin heyvanlara başçılıq etməyə başlayan Napoleon adlı domuz heyvanlara əmrlər verməyə, onları ağır işlər görməyə məcbur edir.Napoleon isə əlini işə vurmur,ferma sahibinin evində,taxtinda yaşayır.Zaman keçdikcə ya hökmlər dəyişdirilir,ya da unudulur.Bir müddət sonra isə Napoleon fermanı Respublika elan edir.Və təbiki başcı yenə özü olaraq qalır.Və sonları isə vəziyyət dəyişir heyvanlar bu zülmə dözəcəklər yoxsa yenidən mübarizə aparacaqlar? Bütün heyvanlar bərabərdir.Lakin bəzi heyvanlar digərlərinə nisbətən daha bərabərdir. "Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir".Corc Oruell
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248,3bin okunma
·
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.