Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
8/10 puan verdi
·
Beğendi
Ən yaxın dostlarımdan biri demişdi ki, Amerikanın indiki vəziyyəti bizim hardasa 200 il sonraki vəziyyətimizdir. Əvvəllər bu fikrin həqiqəti əks etdirdiyini düşünürdüm. O zaman sadəcə bu fikrə bir prespektivdən: mentalitet cəhətdən yanaşırdım. Əslində bu belə deyil. ⠀ Roman Amerikanının Alabama əyalətində keçir amma bəhs edilən mövzu daha doğrusu problem isə bütün dünyaya aiddir. İnsanlar arasındakı sinif fərqi, cinsi, irqi ayrı-seçkilik və başqa problemlər balaca qızın dilindən danışılır. Kitabın ən gözəl tərəflərindən biri də elə onun uşağın dilindən danışılmasıdır. Ən saf halı ilə. Çünki insanlara ayrı-seçkilik içində olduğu mühit tərəfindən öyrədilir, anadangəlmə deyil. Dünyada hamımız bir arada yaşayırıq amma niyə birimiz digərimizi olduğu kimi qəbullana bilmirik? ⠀ “-Mister Reymond, niyə ağlamalıyam? + Ona görə ki, insanlar özləri də hiss etmədən bir-birini incidirlər. Ona görə ki, ağlar dərisi rənglilərə əzab-əziyyət verirlər, düşünmürlər ki, onlar da adamdırlar.” ⠀ Doğulduğumuz yeri, valideynlərimizi, cinsiyyətimizi, dərimizin rəngini– bunlardan hansını özümüz seçə bilərik? Bunların seçimi insanın öz əlində olmamasına baxmayaraq biri niyə bu “kriteriyalara” görə özünü digərindən üstün görür? Yaşadığımız həyatın nə qədəri tamamilə bizim seçimlərimizdən asılıdır? İndi siz təsəvvür edin, Amerikada doğulmusunuz. Amma amerikalı deyilsiniz, qara irqin nümayəndəsisiniz. ⠀ “Topluma bağlı olmayan tək şey insanın vicdanıdır.” ⠀ Attikus vəkildir və iki övladıyla Alabamada yaşayır. Kitabın əvvəllərində Alabamadakı həyatın necə olduğundan, Attikusun uzun müddətdir üstündə çalışdığı işdən və cəmiyyətin bu haqdakı fikirlərindən bəhs edilir. Kitabın ən gözəl tərəflərindən digəri isə Attikusun uşaqlarını ən doğru şəkildə böyütməyə çalışmasıdır. Uşaqlara empatiya öyrətməyin, mübahisə/münaqişə zamanı öz uşağını haqlı görüb sadəcə onu dinləməyin deyil, hər iki tərəfi dinləməyin vacib olduğunu çox gözəl göstərir. Ona görə də gec-tez hamının mütləq oxumalı olduğu kitablardandır. ⠀ “O, bütün uşaqların atalarının etdiklərinin heç birini etmirdi: heç vaxt ova çıxmır, poker oynamır, balıq tutmur, içki içmir, popiros çəkmirdi. O, qonaq otağında oturub kitab oxuyurdu.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Bakumoz Nəşriyyatı · 201772bin okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.