Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

“Səadət nədir?” (Aprel, 1962)
Nəsir Sadıqzadəyə Səadət nə demək?.. - bu sualla mən Özümü çox yordum, tapa bilmədim. Səadət nə demək?.. Bir tələbəykən, Məktəbi axıra vurmaqdır, - dedim. Məktəbi bitirdim, işə də girdim Səadət bumudur? Yox, bu deyilmiş! Böyük dahiləri oxuyub gördüm Çoxları sevgini səadət bilmiş. Sevdim! Gecə-gündüz yandım şam kimi İztirab... Göz yaşı... Min qan, min qada. Tapmadım yenə də səadətimi, Eşqin əzabları şirin olsa da... Evləndim, həsrətə son qoymaq üçün, Qurtardı o şirin iztirablar da. İndi də, qayğılar artdı günbəgün Dedim: - Ay səadət, hardasan, harda? Səadət üfüqmüş... əl çatmaz ona, Aydın görünsə də o, bizə gendən. Arzular sığışmır onun yoluna, Səndən uzaqlaşır yeridikcə sən. Seyr edib yaxını, gah da uzağı Bir az seçə bildim qaranı ağdan. Yaxşı görmək üçün uca bir dağı Gərək sən baxasan ona uzaqdan. Evləndim... hicrana son qoymaq üçün Qurtardı həsrət də, xoş intizar da. İndi də qayğılar artdı günbəgün. Dedim: - Ay səadət, hardasan, harda? Bəlkə də səadət elə budur, bu: "Hardasan, hardasan, gəl-gəl" - deməkdir. Bəlkə də səadət ömrümüz boyu Nəyisə... gözləmək... hey... gözləməkdir. Tapdım səadəti dara düşəndə, Alıb öz gücümü xəyallarımdan. Kiməsə... nəyəsə... hardasa... mən də, Gərək olduğumu bildiyim zaman. Çıraq ol! Nurunu artır günbəgün Hər yerdə həyatın boğ zülmətini. Məncə, çıraq olub başqalarıyçün Yananlar tapıbdır səadətini!
·
5 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.