Gönderi

600 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
1922-ci il.. Rusiya tarixinin ən qanlı-qadalı dövrü və həmin dövrü bir otel pəncərəsinin ardından izləyən, bu otelə dünya boyda ömür sığdıran, sözün əsl mənasında bir "centlmen".. Bəlkə də əsl centlmen, yazıçı Amor Toulz'dur deyə bilərik. Əsərin baş qəhrəmanı - Çar Rusiyasının əsilzadələrindən cənab kont Aleksandr Rostov inqilabçı ruhda yazdığı şeirinə görə Moskvanın məşhur "Metropol" otelində ömürlük ev dustaqlığına məhkum olunur. Əgər oteli tərk edərsə, güllələnəcək. Əsər haqqında çox sözlər, çox fikirlər söylərə bilərəm amma gözəlliyini heç bir dillə ifadə edə bilmərəm. Bu, oxuduğum ən möhtəşəm romanlardan biri oldu.. 30 yaşında çox ağıllı, zəkalı, cəsarətli, bir o qədər də inadkar, məğlub olmağı ilə barışmayan bir adam 60-lı yaşlara qədər "Metropol" otelinin divarları arasına ömür sığdırır. Soruşa bilərsiniz, bir ev dustağı haqqında 30 illik nə yazıla bilər axı? Nələr yazılmayıb ki.. otelin digər sakinləri ilə yeni tanışlıqlar, bu tanışlıqların onun gələcək həyatındakı mühüm rolu, bir qadın, bir uşaq və mənəvi övlad, kitablar, filmlər, ədəbi söhbətlər, bəzən gülməli, bəzən də kədərli əhvalatlar, daha nələr nələr.. Əgər aktyor Hamfri Boqart'ın "Kasablanka" filmini izləmisinizsə, bu Kasablankasayağı əsəri mütləq oxuyun. Biz, həmçinin əsərin gedişatı boyunca SSRİ-nin quruluşundan tutmuş, Rusiyanın yüksəlişi və çöküşünə qədər ən dramatik dövrünə şahidlik edirik. Belə möhtəşəm bir romanı dilimizə tərcümə edib nəşr etdikləri üçün "Teas Press" nəşriyyatına xüsusi bir alqış düşür. Üz qapağı və dizaynı isə sadəcə möhtəşəm! Sonda isə qeyd edim ki, 2017-ci ildə Barak Obama'nın öz feysbuk səhifəsində paylaşdığı və oxuduğu kitablar siyahısında Amor Toulz'un "Centlmen Moskvada" kitabı da yer alır.
Centlmen Moskvada
Centlmen MoskvadaAmor Towles · Teas Press Nəşriyyatı · 2018210 okunma
·
131 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.