Kitabın mövzusundan uzaq olar bəlkə amma içərisindəkilərdən əlavə kitabın adı və üzərindəki mavi kəpənək diqqətimi çəkdi.
Bosnia müharibəsində bilirsiniz minlərlə boşnaq, serblər tərəfindən vəhşicə qətlə yetirilərək, boş ərazilərdə dərin quyular qazılır və toplu şəkildə o quyularda basdırılırlar. Bir müddət sonra insanların basdırıldığı ərazidə həddindən çox mavi kəpənəklərin artdığı müşahidə edilir. Ərazi qazıldığında, yüzlərlə insan cəsədinə rast gəlinir. Bu hadisədən sonra mavi kəpənəkləri yenidən dirilişin rəmzi kimi qəbul edir Bosniyalılar. Hətda Aliya İzzet Begoviç bir çıxışında bununla əlaqəli bu cümləni dilə gətirmişdi; " Bizi torpağa gömdülər ancaq, toxum olduğumuzu unutdular."
Hekayənin nə qədər doğru olduğunu bilmirəm amma ürəyimə toxunmuşdu oxuduğumda və niyəsə kitabın adının və üzərindəki kəpəyin bu mövzu ilə əlaqəli olduğunu düşünürəm.
Bu arada Emre Dorman şəxsiyyətinə hörmət etdiyim, görüşlərini izlədiyim bir yazardır.
Minnətdaram incələmə üçün,
Hörmətlə, leyla!