Gönderi

Elbrus qarşısında dayanan kapitana baxdı. Bu, 1986-cı ildə Xankəndidə dişini çəkdirdiyi Valerik həkim idi. O vaxt hətta tanışlıqlarını süfrə arxasında qeyd etmişdilər. Valerik Elbrusu tanıması haqda heç kimə heç nə demədi, amma öldürülməyinə də icazə vermədi. Valerikin maşınına minəndə Elbrus onu ölümün ağzından alan kapitanla nə zamansa bir süfrə arxasında oturduğu günü xatırladı: "Düşmən olanda nə olar, hamısı pis deyil ki... Aralarında insan olanı da var. Bir süfrədə kəsilən çörəyi unutmayanı da var. Altı il əvvəl haradan ağlıma gələrdi ki, gün gələcək, bu çörək məni ölümdən xilas edəcək... Deməli, lap düşmənlə də olsa, kəsilən çörək hеҫ vaxt itmir..." Bir zamanların peşə məktəbi, indinin isə hərbi qərargahı olan binaya çatanda, Valerik maşından düşüb hərbçilərə tapşırıq verdi: Maşındakı türkün necə lazımdırsa, qullugunda dayanın. Biz nə zаmansa çörək kəsmişik. Elə edin ki, bir süfrə arxasında yediyimiz çörək onun gözündən tikə-tikə gәlsin. Elbrusu sürüyüb atdıqları zirzəmidə o qədər döyür, incidir, işgəncə verirdilər ki, öz-özlüyündə müəyуən edə bilmirdi: diş həkimi onu ölümdən xilas etməklə yaxşılıq edib, yоxsa?.. Bəlkә, elə o divarın yanında güllələnib, qanının o biri soydaşlarının qanına qarışması daha yaxşı ölüm idi, nəinki burada...
·
25 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.