Gönderi

- Bax, balaca küçük, indi səni aparıb, bizim postu keçirəcəyəm. Ondan sonra isə buraxacağam, özün gedəcəksən, gedə biləcəksən? İlhamə çiyinlərini çəkdi. - Qorxma, mən bizim postu ötürən kimi qaçıb gedərsən, səni qarşılayacaqlar. Türklər nə qədər vəhşi olsalar da, sənə heç nə eləməzlər. Çünki öz zibillərisən! Hə, nə deyirsən, gedə bilərsən? Təlaş və tərəddüd hissləri birləşib qızcığazın ruhunu bürüsə də, cəmi bir neçə yüz metr aralıda azadlıq onu çağırırdı. Cəmi bir neçə yüz metr qaçacaqdı. Gözləri parladı, xoşbəxtcəsinə çiynini adamın əlinin altından çıxarıb irəliyə addımladı. İkinci addımı atmışdı ki, açılan atəş onun ayaqlarını yerə mıxladı. İlhaməni donduran bu "atəş" arxadan eşitdiyi sözlər idi: - Ancaq yollar minalanıb! Ayağını üstünə bassan, partlayacaq! Qorxma, ölməyəcəksən! Yadında saxla, balaca küçüklər heç vaxt ölmür! Amma ayaqların qopub, səndən uzağa düşəcək. O qədər uzağa ki, əllərin onu götürüb yerinə yapışdırmağa çatmayacaq!
Sayfa 225Kitabı okudu
·
15 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.