10/10
·208 syf.··
Beğendi
·
2020 146. kitabı
Kitabı əksər insanlar “Atatürkün okulluların müfredatına konulmasını istediği kitap” olaraq tanıyır, yaxud da inam hiss edərək alır. Bu kitab haqqında təsuratlarım çox yüksəkdir. Bəlkə də bu günə qədər, xüsusi ilə də təhsillə bu qədər əlaqəli “Pedagoy of Oppressed” kitabından sonra ən çox sevdiyim kitab oldu. Təhsil sferasında olan insanların xüsusi ilə diqqət yetirməli olduğu bir kitabdır. Yəqin ki, Finlandiya təhsil modelinin ideal hesab olunduğundan xəbərdarsınız. Kitabın yazıçısı oğlumuz Grigory əslində səyyahdır, və bütün bu yazılar Finlandiyaya olan səfəri zamanı müşahidələrinə əsaslanaraq yazılıb. Müstəmləkədən xilas olan bataqlıqlar ölkəsi olan Finlandiyanın necə bəyaz zambaqlar ölkəsinə çevrilməsini, xalqın necə dirçəlib yenidən dəyərlə formalaşdırmasından bəhs edir. Hətta mən atamız Atatürkdən bir addım da o tərəfə gedib “valideyn”lərin də mütləq bu kitabı oxumasını istərdim. Bir sözlə mütləq oxuyun, hətta “masabaşı” kitabınız edin!
Beyaz Zambaklar ÜlkesiGrigory Petrov · Ayrıntı Yayınları · 2020124,9bin okunma
·
9 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.