10/10
·164 syf.··
Beğendi
·
2020 272. kitabı
Mən həqiqətən də inanıram ki, hər oxunan kitab, vaxtına çəkər. Mən bu kitabı, müstəqillik günü və şanlı ordumuzun 28ildən artıq düşmən işğalından azad olunduğu günlərdə oxudum, və bundan bixəbər olaraq. Mən Maqsud İbrahimbəyovla yenicə tanış olmuşam, bu əsər isə onun oxuduğum 3cü işi, ikinci kitabıdır. Yazıçının üslubunu, gözlənilməz sonluqlarını, incə-incə dövrün siyasi hadisələrini gündəlik həyat hadisələri ilə qarışıdırıb yazmağını çox bəyənirəm. Digər diqqətimi çəkən, məni yazıçıya sevgi bəsləməyimə səbəb olan məsələ isə, obrazların psixologiyasını çox ustalıqla qələmə tökməyidir. Çox bəyəndiyim bir iki hissə: “Əgər çox sevirsənsə, uzun illər ərzində həyat yoldaşın sənin bir parçana çevrilir, səninlə həmfikir olur, sənin bütün hisslərini, arzularını bilir, sən bunun necə baş verdiyini hiss eləmirsən, amma zaman keçdikcə o sənin valideynlərindən, övladlarından, dostlarından üstün olur, onu itirəndə isə bu dərd insanı bütünlüklə ağuşuna alır, ona yuxu da, gerçək də əzab verir və bundan qurtuluş yoxdur..” “Atəşkəs müqaviləsi bağlandı. Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırıldı, dünyanın üç güclü dövlətinin vasitəçiliyi ilə diplomatik mübarizə mərhələsi başladı. Danışıqlarda vasitəçilik edənlər ədalətli nəticəyə nail olmaqda maraqlı deyildilər, çünki böyük dövlətlər hətta öz müttəfiqlərinə belə səmimiyyət nümayiş etdirmirdilər. Bu səbəbdən bütün sivil dünyanın gözləri qarşısında xalqların bir bölgədə, yaxud bütünlüklə yer üzündə dinc yaşamasının faydaları mövzusunda kompromissiz və faydasız danışıqlar illərlə davam elədi.” Mən çox bəyənərək, zövq alaraq oxududum. Sizə də xoş mütaliələr, Sevgilərimlə!
Qara Paltarlı QadınMaqsud İbrahimbəyov · Teas Press Nəşriyyat evi · 202055 okunma
·
129 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.