Puan vermedi·176 syf.··Beğendi
· Hekayə 7ci dərəcədən məmur olan Aksenti İvanoviçin müdirinin qızına aşiq olması ilə başlayır. Yazmağımdan da bəlli olduğu kimi bu mümkünsüz bir hal idi çünki qızla oğlumuz arasında təbəqə fərqi var idi və beləliklə başda məsələnin imkansızlığının fərqinə varan İvanoviç reallıqdan uzaqlaşmağa, özünü xəyallara qapdırmağa başlayır. Hətta o itlərin danışdığına, bir-birləri ilə məktublaşmağına inanır. Bunla da bitmir, ən sonda o özünü İspanya kralı 8.ci Ferdinand hesab etməyə başlayır.
Hekayə həmin dövrdə (elə zənnimcə indi də) vəzifənin və maddiyyatın insanların kim olmasında və göstərilən hörmət, yaşadıqları həyat tərzini qınaq obyektinə çevirir. Adi məmur, kasıb təbəqə hətta zənginin itindən də daha dəyərsiz olduğu vurğulanaraq həmin dövrə ironya ilə yanaşılır.
Xoş mütaliələr!