Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

316 syf.
9/10 puan verdi
·
Beğendi
„..əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki..” sənə 2ci müraciətim idi, ikinci dəfə idi oxuyurdum səni, və ilkindən tamamilə fərqli nüanslar diqqətimi çəkdi. qadınların cəmiyyətdəki mövqeyi hər zaman həmin dövrü anlamaq üçün çox güclü vasitədir. nədəndir bilmirəm, bu səfər mən Zivər xanıma o qədər diqqətlə fikir verdim ki. onun öz həyatının, öz uğurunun olmaması, buna rəğmən bütün həyatını həyat yoldaşından, oğlu Zaurdan ibarət olaraq görməsi və yaşaması, nəyəsə qarşı mübarizə apararkən belə məhz həyat yoldaşının statusuna, adına görə davranması, qonşunun, cəmiyyətin onun üzərindəki təsiri. bütün bu sadaladıqlarım başqasında yoxdursa ona qarşı olan qəddar rəftarı, fərqli və standartlara sığmadığı üçün ona qarşı olan münasibəti. zənnimcə Zivər xanım çox gözəl bir detaldır.
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20141,123 okunma
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.