Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

110 syf.
10/10 puan verdi
·
Beğendi
Woolf mənim üçün feminist düşüncələri və modernist üslubu ilə yanaşı, bakalavr illərimin xatırladıcısı kimi əzizdir mənə. 2ci elmi məqaləmi məhz Mrs. Dalloway əsərinin kritik analizi ilə bağlı idi. Şübhəsiz ki, intihar məktubu oxuyucuların ürəyində nə qədər dərin iz qoyursa, a room of one’s room’da bir o qədər qaranlıqdakı suallara işıq salır. Bu kitabı ikinci oxuyuşumdur, və zaman içində yenidən oxunmalı olduğu fikrindəyəm. Woolf qadınlar arasında niyə Shakespeare kimi bir müəllif çıxmamasının qadınların özlərinə məxsus otağın, özlərinə aid mülk, maddiyatın, təhsilin yoxluğu ilə əlaqələndirir. Qeyd edir ki, anaların özlərinəməxsus yarım saatları belə yoxdur, onlar hər an narahat edilirlər. Yuxarıda sadaladıqlarım mövcud olduğu halda isə qarşıda daha böyük div- cəmiyyət qaydaları, patriarxal quruluş durur. Odur ki, qadınlar öz dəyərlərindən, fikirlərindən, arzu və xəyallarından, bir sözlə öz həyatlarından əl çəkməli olurlar.
A Room of One's Own
A Room of One's OwnVirginia Woolf · Karbon Kitaplar · 201837,7bin okunma
18 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.