Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

1200 syf.
10/10 puan verdi
·
46 günde okudu
Çox sevilən mi, çox nifrət olunan mı?! "İnsan, ha? Nedir ki insan? Kimyasal maddelerin bir bileşimidir insan, ama bir büyüklük hayaline kapılmıştır." Ayn Rand'ın şah əsəri, bütün dövrlərdə müzakirələrə səbəb olan, ortaya qoyduğu mövqe barədə dəqiq bir nəticəyə gəlmək mümkün olmayan bir dünya klassiki. Rand'a görə bu əsər "insanın varlığında ağlın roludur". İnsanlar Rand'ın 1200 səhifəlik liberal klassik kitabında mövcud iqtisadi çöküş ilə dünya çöküşü arasında paralelləri görməyə başladılar. Rand'ın pərəstişkarları onu qəhrəman elan etdilər və iddia etdilər ki, təlimləri bizi tənəzzüldən qurtaracaq. Bu qəfil populyarlıq həm qəribə, həm də maraqlıdır. Beləliklə, mən də kitabın açılış sualına cavab tapmaq üçün yola çıxanlardan biri oldum: " Who is John Galt?" Hekayə göstərir ki, insanın bütün bilik və dəyərlərinin kökü ağıldır və onun olmaması bütün pisliklərin köküdür. Romanın bütün qəhrəmanları mütəfəkkirlərdir: onlar işlərini, özlərini və ətrafdakı dünyanı anlamağa davamlı bir bağlılıq nümayiş etdirirlər. Məqsədlərini və dəyərlərini düşüncə prosesi ilə seçirlər, istəklərini əsla həqiqətdən üstün tutmurlar. Digər tərəfdən, bədxahlar ağıllara meydan oxuyan və həqiqətlərdən yayınan, hissələrinə görə hərəkət edənlərdir. Nəticə olaraq, gerçəklik ilə davamlı qarşıdurma içindədirlər və heç bir şey əldə etmirlər. Rand indiyə qədər yazılanlara bənzəməyən bir insan vizyonunu təqdim edir. Rand'ın ideal insanı uzaqgörən və dahidir. Bu ideal insanın ən qabaqcıl nümayəndələri isə "qəhrəman" kimi canlandırdığı iş adamlarıdır. Bu kitab nəsillər boyu bütün təbəqələrdən olan uğurlu insanlara ilham verdi. Kitabı daha yaxşı istehsalın aparılması və inkişafın olmasını izah edildiyi üçün deyil, hər hansı bir sahədə müvəffəqiyyətə (və ya uğursuzluğa) gətirib çıxaran prinsiplər haqqında dərin fikirlər təqdim etdiyinə görə və bu prinsiplərin roman qəhrəmanlarının həyatından kənarda, gerçək həyatda da oynandığını göstərdiyinə görə sevirlər.
Atlas Silkindi
Atlas SilkindiAyn Rand · Plato Film Yayınevi · 2007593 okunma
·
617 görüntüleme
Gulaye Alizade okurunun profil resmi
Pdf formatda yükləmişəm ,ama,səhifə sayına görə pdf oxumağa risk eləmirəm.Keçən il pegasus yayınları paylaşdı ki, Ayn Rand kitablarını nəşr etdirəcək,hələ də etməyib😒 bu yazıdan sonra kitaba daha da marağım artdı,əməyinizə sağlıq
Agil okurunun profil resmi
Çox sağolun, təşəkkür edirəm :) Mənim də uzun zaman oxumaq istədiyim və dəfələrlə ertələdiyim kitab idi, səbəbi də eynən sizin düşündüyünüz kimi pdf olması və səhifə sayı idi. Bir çox yerlərdən axtardım, amma tapmaq mümkün olmadı və sonunda oxumağa qərar verdim. Rand mənim üçün hələ də müəmma olaraq qaldı. “Who is Galt?” sualına cavab tapmağa çalışarkən əslində ən çox “Who is Rand?” dedim. Rand həqiqətən digərlərindən çox fərqlidi, çox başqa bir ustadır. Bir müddət daha gözləmək olaraq çapla bağlı məsələni, amma mümkün variantlardan biri də kitabı pdf formatından kitab kimi çap etdirib oxumaqdı.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.