Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

455 syf.
4/10 puan verdi
·
22 günde okudu
Sonunda bitdi. SONUNDA. Nə vaxtsa bir kitabın bitməsini bu qədər istəyəcəyimi düşünməzdim. Məzmundakı xəyal qırıqlığımı deyim, qadınların çəkdiyi zülmlərin qabardılmış təsvirimi deyim? Bilmirəm. Mən ümumiyyətlə müharibə mövzulu kitabları oxumağı sevirəm. Oxumaq üçün bu kitabı seçməyimin başlıca səbəblərindən biri də elə bu idi. Belə bir yazı ilə də qarşılaşmışdım ki, deməli Əfqanıstanda müharibədir, və bu kitab müharibədə iki qız Məryəm və Leylanın çətin mübarizəsindən bəhs edir. Mənim də ağlımda iki gənc, gənc olmasa da heç olmaya eyni yaşda olan iki qızın macəra dolu hekayəsi canlanmışdı. Ən böyük xəyal qırıqlığını da onların yollarının kəsişməsinin belə iyrənc bir situasiyada baş verməsi oldu. Bu haqda daha da danışmaq istəmirəm. Bu pis yönləri olsa da təbii ki, yaxşı tərəfləri də var idi. İbrət deməyim, amma bu əsər bizə bir çox şeyi xatırlatdı, və xatırlatma gücündədir. Xatırlamalar isə yaxşı şeydir, çünki unudulma qaçınılmazdır. Bu xatırlatmalara güvənmək üçün doğru insanı seçmə, hər hansısa bir seçimin insanın həyatını necə dəyişmə iqtidarında olması, müharibələrin insana vurduğu mənəvi, fiziki zərbələr, acılı həyat və s. Bu cəhətlər önyarğımı bir az azaltmadı deyil. Xalid Hüseynin ilk oxuduğum kitabı idi. Digərlərinə keçid etməyə tərəddüd etsəm də önyarğıma qurban getmək istəmirəm. Ümumi bunu deyə bilərəm ki mənə mənfi təəssürat bağışladı. Şiddətlə olmasa da oxumağınızı tövsiyə görə bilərəm. Bəlkə başqa bir oxucu faydalana bildi, nə də olsa baxışlar fərqlidir..
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101bin okunma
·
42 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.