Gönderi

Göy, dəniz iştə bir-birindən uzaq, Eyliyor ayrı-ayrı cəlbi-məraq. Göydə bir bitməyən dərinlik var Ki, donar hər düşüncə heyrətdən. Uça bilsəydi bəlkə insanlar, Bir şey anlardı bəlkə qüdrətdən. Bu dərinlik, bu ölçüsüz boşluq Veriyor hissə, fikrə sərxoşluq. Bu dərinlikdə bir həqiqət var, Gizlidir gərçi kor beyinlər için; Lakin ülviyyətilə həp parlar, Bəllidir görmək istəyənlər için.
·
1 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.