·256 syf.··Beğendi
···Okunma: 19 Aralık 2020 21:02 Əslində bu kitabı bir neçə həftə əvvəl oxuyub bitmişdim, amma 1K da tapa bilmədiyim üçün nə incələmə paylaşa bilirdim nə də ki alıntı. 1 K -ya problemi bildirdikdən sonra onlarda kitabı əlavə etdilər. İndi keçək kitab haqqında fikirlərimə..... Bu tarixi roman F. Kərimzadənin ən sevdiklərim sırasındadır. Əsərdə söhbət XIII -XIV əsrlərdə ki Azərbaycanın vəziyyətindən gedir. Bildiyiniz kimi bu dövrdə Azərbaycan Monqolların işğalı altında qalmışdı. Əslində təkcə Azərbaycan deyil müxtəlif dövlətlər də monqol zülmlərindən əziyyət çəkmişdir. Əsərin əsas qəhrəmanlarından biri olan Əmir Çoban Sulduz qəbiləsindən vətənini xalqını sevən onun dirliyi və birliyi uğrunda mübarizə aparan görkəmli tarixi şəxsiyyətdir. Əsərdə Əmir Çobanla yanaşı, tarixi şəxsiyyətlər olan Hülaki Hökmdarı Bahadur Əbu səiddən də söhbət açılır. Həmçinin tarixi- romanda bu dövrdə yaşamış və Şah İsmayılın 7 -ci babası olan Şeyx Səfiyyəddin İsaq haqqında da məlumata rast gəlmək mümkündür. F. Kərimzadə monqoların tarixi onların adət - ənənələri haqqında məlumatları isə XIV əsrdə yaşamış görkəmli alim, tarixçi, həkim və vəzir olan F. Rəşidəddinin "Came ət - təvarix"əsərində qeyd edilənlərə istinadən qələmə almışdır. Hər nə qədər tarixi hadisələrlə geniş olsa da sadə yazılışı ilə hər bir oxucuda maraq yaradacaq bir romandır :)