Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

488 syf.
8/10 puan verdi
·
Beğendi
Qeyd edim, roman psixologiya, psixiatriya sahələri üzrə oxuyan tələbələrə, ümumən, bu sahələr üzrə yüksək səviyyəli ədəbiyyat axtaran oxucular üçün tam bir xəzinədir. Ədəbiyyat dünyasında Zeno Kozini obrazı Migel de Servantesin Don Kixot obrazına bənzədilir. Həm Zeno, həm də Don Kixot xəyallar dünyasında yaşayırlar. Don Kixot dindar bir cəngavərdir, Zeno isə müasir bir burjuadır. Don Kixot insanlığa xidmət etmək istəyir, bir şeyləri düzəltmək istəyir, amma uğursuzluğa məhkumdur. Zeno isə yalnız özünə xidmət arzusundadır və necə olursa, uğurlu nəticələr əldə edir. Bütün istehzalarına baxmayaraq "Zenonun özünüdərki" paradokslu olaraq həm də ciddi və fəlsəfi bir kitabdır. Romanda komediya ilə faciə iç-içədir. Hadisələri oxuduqca həm gülür, həm də kədərlənirik. Əvvəlcə siqaretdən qurtulmağa çalışan qəhrəman, klinikaya yatdıqdan sonra da klinikadan qurtulmağa çalışar. Daha sonra hər birinin adı A hərfi ilə başlayan bacılara evlənmə təklifi edər. Əvvəl gözəl Ada rədd edincə, digər bacı Albertaya, o da rədd edincə Auqustaya evlənmək təklif edər, həm də bütün bunlar yarım saatın içində baş verər. Zeno obrazı romanın baş qəhrəmanı olsa da, əslində bir antiqəhrəmandır. Bunu biz romanı oxuduqca şahid oluruq, yalançı, qeybətcil, zaman-zaman fitnəkar, hiyləgər, təkmənci (solipsist), qərarsızdır. Bütün bu pis xüsusiyyətlərinə baxmayaraq Zeno obrazı oxucuda ona qarşı nifrət hissi oyatmır. Nə siqareti buraxmadığına görə ona əsəbləşərsiniz, nə də digər pisliklərini həyata keçirəndə. Çünki o, özü yetərli qədər özünü günahlandırmaqda davam edir. Hətta etiraf edim, adətən ədəbi əsərləri oxuduğum zaman obrazları həyatda rastlaşdığım və ya haqqında eşitdiyim real obrazlarla qarşılaşdırıram. Zenonun romanda hekayə etdiyi bir hərəkəti məndə əvvəl ikrah hissi oyatdı, ancaq sonra bu hərəkətini anlamağa çalışdım. Ada tərəfindən rədd edilən Zeno bir qürurlu kişi olaraq həmin yerdən uzaqlaşmalı idi, Zeno isə bunu edə bilmir, əksinə orda qalmağa, hətta bacılardan hansı razılaşarsa, onunla ailə qurmağa qədər addım atır. Üstəlik, niyə belə etdiyini də açıqca etiraf edir, rədd edilmiş birisi kimi Adanın yanında qalmaqla ona yaxın olmağa və öz eqosunu bu cür təmin etdiyini bildirir. Oxuduğum ədəbi əsərlər içərisində bir kişi obrazının bu qədər açıq etirafına rast gəlməmişdim. Hesab edirəm, İtalo Svevo romandan əvvəl Freydin psixoanalizi ilə tanış olmaqda uğurlu addım atmışdır. Roman boyu Zeno özü-özü ilə oyuna davam etməkdədir. Hafizəsinə əziyyət edib bütün xatirələri canlandırmağa çalışır, sorğuya çəkir, gah özünü öyür, gah günahlandır, gah da etdiyi hansısa əmələ haqq qazandırır. "Zenonun özünüdərki" romanında Zeno obrazının həyat tərzi ilə yazıçının öz həyat tərzi bir nöqtədə kəsişdiyini düşünənlər də var. Svevo da sanki Zenonun siqaretdən qurtulmağa çalışdığı kimi öz ədəbi fəaliyyətinə son qoymağa çalışırdı. Svevo bir iş adamı idi, aktiv həyat tərzi, insanın rahatlığını qaçıran bu cür həyat ona yazı yazmasına son qoydurmuşdu. Buna baxmayaraq Svevo da yazı yazmaqdan heç cürə imtina edə bilməmişdir. Özünü anlamağa və həyatı dərk etməyə çalışmışdır. Bəlkə elə bu çalışmadan da Zeno obrazı yaradılmışdır.
Zeno'nun Bilinci
Zeno'nun BilinciItalo Svevo · Can Yayınları · 2017715 okunma
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.