·160 syf.··Beğendi
···Okunma: 04 Ocak 2021 20:14 Arturo Bandini gənc yaşlarından ailəsindən ayrılır, Los Angeles'ə gəlir, orada kirayədə yaşayır. Ən böyük xəyalı kitab yazmaq və məşhur bir yazıçı olmaqdır. Bu xəyalını gerçəkləşdirdikcə özünü tanımağa, bilmədiyi tərəflərini kəşf etməyə başlayır. Buna sonradan tanış olduğu Camilla'nın da böyük yardımı olur.
Kitab olduqca axıcı və səmimi yazılıb. İnsan oxuduqca oxumaq istəyir. Çünki real həyatdan bir əsərdir. Arturo Bandini də bizlər kimi bəzən səhvlər edir, sonra peşman olur, bunlar üzərində düşünür, yaxşı biri olmağa çalışır.
John Fante Bandini'nin həyatını 4 kitaba sığdırıb. Bu onun 3cü hissəsi və ən çox bilinən hekayəsidir. Digər incələmələrdən bildiyim qədərilə kitabları sırasıyla oxumasaq da bu ümumi hekayəyə təsir etmir. Axıcı, səmimi, ədəbi dəyəri yüksək olduğuna görə(başqa heçnə qatmır sizə :)) məndə digər kitabları da oxuma istəyi yarandı.