İnsan belə havalarda Camus kimi geyinib,
Dostoyevski kimi düşünüb,
Kafka kimi sevmək istəyir.
İnsan belə havalarda
meşənin tən ortasında
sakit axan çay səsiylə
evində ölmək istəyir.
İnsan belə havalarda
bircə damla göz yaşını
yağan yağışda gizləyib
sonra boğulmaq istəyir.
İnsan belə havalarda intihar etməyi düşünüb çay içmək istəyir.
İnsan belə havalarda ən sevdiyi musiqini qulaqları qanayana qədər dinləmək istəyir.
İnsan belə havalarda rəqs edən ulduzlarla dağların dialoquna şahid olmaq istəyir.
İnsan belə havalarda
100 il dərin yuxu çəkib
kitabların arasında
yenə doğulmaq istəyir.
İnsan belə havalarda Tanrını sevmək istəyir..