Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bir mühüm hal dəqiq təcrübədən çıxıb ki, insanlar yalan danışmağa başlayanda özlərini əla verirlər, özü də nə qədər çox danışsalar, bir o qədər tez. Bir qanunauyğunluq da var - iki adam sözləşib eyni vaxtda yalan danışa bilməz. Bu, sadəcə mümkün deyil. Onlar yalan danşırlarsa, detallar uzlaşmayacaq. Bunu istənilən kriminalist bilir.
Nəsə xoş bir şey hiss edirəm. Doğru deyiblər ki, biz qadınlar həqiqətən də qulaqlarımızla sevirik. Zərif bir iltifat hər hansı qadının ürəyini ovlaya bilər və mən də razılıq əlaməti olaraq onun dalınca lap dünyanın o başına getməyə hazır kimi başımı yelləyirəm.
Əgər qadına həyatında lap bir dəfə belə olsun, bu cür kişi rast gəlibsə, onun haqqında xatirələr qadını bütün ömrü boyu təqib edəcək. Bu yalnız ona mənsub kişi olacaq. Elə bir kişi ki, yuxusuz gecələrdə həmişə xəyalı ilə yaşayıb, elə bir kişi ki, onunla bir canda birləşməklə o, dünyanın hansısa sirrinə, sehrinə vaqif olacaq və bu bənzərsiz duyğu heç vaxt onu tərk etməyəcək. Bəs kişilər? Kişilər bəzən başa düşürlər ki, bu cür qadın nə deməkdir. Yalnız qocalığa doğru gedəndə onlar bunun dəyərini, mənasını anlamağa başlayırlar. Lakin təəssüflər ki, artıq iş-işdən keçmiş olur.