"Açlıq oyunları" seriyasının birinci kitabı möhtəşəm fantastik əsərlərdin biri daha. Əsər ilk səhifələrdən belə maraqlı və axıcıdır. Oxumağa başlayanda bitirmədən kitabı buraxmaq istəmirsən.
Hər il olaraq 24 nəfərlik bir oyun oynalınır. Oyunun sonunda bir nəfər sağ qalmalıdı. Digər 23 nəfər ya digər yarışçılar öldürür ya aclıq , sususluq yada vəhşi heyvanlar tərəfindən. Ancaq bu dəfə sonda 2 nəfər sağ qalmalı olur.
Fantastik əsər olmasına baxmayaq həmdə sevgi romanıdır.
Kitabda çarəsizlik, çarəsizlikdən insan nələr edəbiləcəyini bizlərə təqdim edir.
Əsər İran qadınlarının acınacaqlı həyatından bəhs edir. Əsərin baş qəhramanı olan Məsumə güclü qadın , fədakar ana olsa da heç bir zaman xoşbəxt bir qadın ola bilməmişdi . Büyüdüyü ailə təhsil almasına qoymasalarda evləndiyi insan onun təhsil pilləsinin ən üst səviyəsinə qədər oxumasına icazə verir və dəstəkləyir. Bütün ömrü boyu mübarizə aparır : əvvəl ailəsinə qarşı sonra uşaqlarını qorumasına görə. Övladlarının üçüdə ali təhsil alır və evlənir. İllər sonra çıxıb gələn xoşbəxtliyini övladlarına görə imtina edir.
" Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpıdılar. Bunların heç biri mənim payım deyildi. Heç vaxt heç kim mənim özümün kim olduğumu, nə istədiyimi soruşmadı."
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,399 okunma
Harry Potter uşaqlıq qəhrəmanlarımdan biridir. Filminə baxmağımdan uzun zaman keçməsinə baxmayaraq kitaba başladığım gündən bütün bölmlərinə baxdım. Həm kitabı oxumaq həmdə filmə baxmaq maraqlı oldu. Sadəcə kitablarında olduğu kimi filmlər bir o qədər hər şey geniş deyildi.Bundan əlavə bu kitabda bütün gizliliklər açıqlanır və Sonu görmək istədiyim şəkildə tamamlanır.
Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri - Hazara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin namina razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isa, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da facia böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Ancaq əsərin gedişatında Əmir azda olsa qorxusunu məğlub etmiş və günahını təmizləmişdir . Həsənin oğlu Söhrahıbı Talibanların əlindən qurtarır və bununla yanaşı övladlığa götürür. Və birdə Həsən əslində Əmirin qardaşıdır -ögəy qardaşı . Bunu Həsən bilmir. Əmirə isə atasını dostu Rəhim Xan deyir.