Aydın idi ki, bu adam "ziyalı adam" adlananlardan idi. Sərsərilər arasında bunlardan çoxdur, onlar hamısı ölmüş, özlərinə hər cür ehtiramı unutmuş, özlərini qimətləndirmək qabiliyyətindən məhrum adamlardır və yalnız elə yaşayırlar ki, həyatlarında hər gün palçıq və murdarlıq işinə daha dərin batırlar: sonra onun içərisində əriyib həyatdan yox olurlar.