Hayatımın tam bir bataqlığa bənzədiyini hiss eləyirdim. Gündən-günə batırdım. Nələrisə düzəltmək üçün elədiyim hər bir cəhd mənim daha da dərinə batmağıma qoyulan sərmayə idi. Köhnə dar və qayğısız balaca həyatım üçün darıxırdım.
İnsanlara nifrət eləyirəm. Onların həmişə mənə qarşı haqsızlıq elədiklərini düşünürəm. Ancaq heç vaxt yekun qərara gələ bilmirəm. İçimdə şəxsiyyətsizlik hiss edirəm.