Günətay Babayeva

10/10
·424 syf.··
Beğendi
·
2022 11. kitabı
·
285 günde okudu
·
Okunma: 16 Kasım 2022 22:15
niyəsə son zamanlarda kitab oxumağa başladığımda onu çox gec bitirirəm, tez bitirmək istəmədiyimdəndir, ya da yavaş oxuyaraq mənasını daha çox mənimsəmək üçün. Bu kitaba başlayalı 8-10 ay olmuşdur, kitabı isə mənə 1 ildən çoxdur sevimli amatör yazar dostum vermişdi, bu və bir neçə kitab. Sayəsində çox sevinirəm ki, bu kitabı oxuya bildim, gec bitirdiyim üçündə hüzünləndim. Kitabda olan hadisələr, kitabda olan faktlar o qədər xırdalıqlarına qədər diqqət yetirilibki, yazara heyran olmamaq əldə deyil. Hər bir kitabında daha maraqlı mövzulardan bəhs edir. Və bu yaxınlardan Gəncədə keçirilən II Kitab sərgisində bu kitabı özünə imzalatmaq, və şəkil çəkdirmək mənim üçün çooxx sevindirici hal oldu. Orda kitabı imzalatmaq üçün gözlədiyimdə, digər oxucularla da Rövşən Abdullaoğlunun qələmə aldığı digər kitablardan da bəhs etdik, hər birimiz başqa başqa kitabları oxumuşduq, kitab haqqında danışdıqlarında gözləri parıldayırdı. Bu kitab həqiqətən İntihara yaxın birisi üçün belə geri dönüş biletidir bəlkədə. Oxuduqca gah ağladım,gah güldüm, gah uşaq kimi sevindim. Arada keçmişə səyahət etdim, arada deyil hətta çox. Sərgidə növbədə gözlərkən gəlib bizə şirin sorma konfetlərdən payladı nəşriyyat evinin bir işləyəni, orda nə kimi fəaliyyət göstərirdi bilmirəm, ancaq çox sevimli və oxuculara çox xoş davranırdı. Başqa kitablarını oxumağa da səbrsizlənirəm
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
8/10
·404 syf.··
Beğendi
·
2022 10. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Kasım 2022 19:09
Uzun zamandır bu kitabı hissə hissə pdf şəklində oxuyurdum. ən son səhifələrinə çatdıqda kitabını aldım. Oldum olası Dedektiv janrında nə filmə, nə də kitaba marağım olmayıb. Ancaq Elxan Elatlının bu maraqlı romanını mənə çox dəyərli birisi önərmişdi, hətta bir ara tərəddüt edib kitabın mənə təsir edəcəyini düşündüyü üçün, önərməməyini də düşünmüşdü. Ama yaxşı ki, oxudum. Kitabda olan hadisələrin bir birini təqib etməsi və insan da maraq hissi oyatması, yəni ən azından mənim kimi heç belə bir şeyə marağı olmayan birisi üçün oxunaqlı idi. Yaddımdan silinsəydi yenə oxuyardım deyərdim. Obrazların əsas o Elnur Qafarlının Venerayla olan hüç düşünülməyən münasibəti, Veneranın saf qəlbiylə ona inanması onun evli olacağını heç ağlının ucundan keçirməməsi indiki bir çox qızların yaşadığı bir şeydir. “Yuxarıda” oturanların özünü bu qədər vacib bilməsi, pulu var deyə hər şey edə bilib, bir deyil bir neçə insanın canına qəsd edib bu qədər asanlıqla ört bastır etmələri, həqiqətən insanda ikrah hissi oyadır. Ümumən kitab acı reallıqlarla dolu bir kitabdır,hər birinizə tövsiyyə edirəm. Vaxtınızı boşa xərcləmərsiniz :)
XəyanətElhan Elatlı · Teas Press Nəşriyyat Evi · 20201,722 okunma
8/10
·244 syf.··
Beğendi
·
2022 6. kitabı
·
58 günde okudu
·
Okunma: 16 Mart 2022 00:50
bu kitaba uzun zamandır başlamışam ancaq bir türlü sarmırdı məni, davamını oxuya bilmirdim sanki. Ancaq bugün artıq bitirdim. Yəni bu kitabı dayandırıb Mələk kitabını oxuyub bitirdim ancaq bunu yenə gec bitirdim. sonunda. mənası dərindir, başa düşənə. ümid edirəm insanlar bunu oxuyub həyatlarına fərqli baxış bucağından baxmağıda bacararlar. çünki bu onlara həyatda çox şey qazandıracaq nəinki itirmək.
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,492 okunma
Puan vermedi·208 syf.··
Beğendi
·
2022 4. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Şubat 2022 06:45
Kitabı oxudum indi bitirdim, o qədər axıcı sujet xətti var idiki bu kitabında dayanmadan oxudum. Əvvəl mənə bu qədər təsir edəcəyini düşünmürdüm ancaq mənimdə şizofren bir dostum olduğuna görə mənə bu tipli kitablar çox böyük təsir bağışlayır. Kitabda yaşananlar sanki mənim başıma gəlmiş kimi hiss edirəm. Hadisələrin bir birini izləməsi..bezmədim də oxuyarkən. Oxumağa dəyər bir kitabdır. Çox sağolunki, belə bir kitab yazmısız və ümid edirəm bu kitab bir çox insana çatar və oxuyub dərk edərlər ölümün bir göz qırpımında olduğunu, üzr istəməyə vaxt tapa bilmədən həyatın əllərindən çıxıb getməsin. Buna görədə nə olur olsun, sağlığında dəyər verin insanlara,çünki həyat bir gün onsuz alacaq onları sizdən.. bu kitab haqqında çox danışaram ancaq spoilerdə vermək istəmirəm :d çox belə danışdım xoş oxumalar hər kəsə
Ölümdən Sonrakı ŞizofreniyaMirəsgər Muradlı · Qanun Nəşriyyatı · 2019122 okunma
7/10
·212 syf.··
Beğendi
·
2022 3. kitabı
·
16 günde okudu
·
Okunma: 06 Şubat 2022 00:29
çox yaxşı gedir maraqla oxuyuram. Neçə illərin yazarı kimi yazıb sanki,Ovadya. 100cü səhifədəyəm. Açığı yavaş yavaş oxuyuram ki, kitabı tez bitirməyim hadisələrə daha yaxın nəzər sala bilim,daha diqqətlə oxuyuram. Tez oxuyub bitirdikdə bəzən ötəri yanaşılır kitablara. Mən də bunu sevmirəm. Fotograf Keni ilə Elis arasında nə olacaq çox maraqlı gəlir mənə. + kitabdaki obrazları,məkan və yerləri nə əcəb Azərbaycan və Azərbaycanlılar seçilmıyib orasi da ayrı diqqətimi çəkmədi deyil. 26.01.2022 Kitabı bitirdim. Kitabdakı ən çox da Elis başda olmaqla hər birinin xarakteri mənə çox maraqlı gəlirdi, ancaq bir şeyi demədən edə bilməyəcəm ki, hadisələr sanki çox yavaş irəliləyirdi və az çox təxmin edə bilmişdim Ceyin gözəl Elisi üçün gecə gündüz yatmadan kitab yazdığını. Ama dedim oxuyum yenədə bu mənim ilk təxminimi doğruldan bir kitab oldu bu açıdan. Amma heç gözləmirdim ki, sonu belə bitəcək. Elisin 180 dərəcə dəyişməsi psixologiyasının bu dərəcə məhv olmasını ciddən gözləmirdim. Hal hazırda bitirmişəm kitabı bilmirəm duyğusal tərəfimə gəldi ya necə ağladım :( ən çox da Cey'ə çox üzüldüm.. çoxx təəssüf ki bunu yaşatmış biri olaraq bunun necə bir hiss olduğunu Elislə barəbər məndə bilirəm. Birinin sürprizini anlamayıb onu yarı yolda qoymaq və sonra sən demə sənə sürpriz hazırldığını bilmək sonrakı bədənini bürüyən vicdan əzabı və peşmançılıq. Mənim üçün bir dəyişiklik oldu,uğurlarınızın ardı gəlsin,2ci kitabıda gözləyəcəm səbrsizliklə 06.02.2022 [01:30]
Məni Belə ÇəkOvadya · Üçbucaq · 202127 okunma