Cəfərova Günay

Cəfərova Günay
@gunaycafarova
Riyaziyyat müəllimi
Bakı Dövlət Universiteti
Azərbaycan
47 okur puanı
Ağustos 2020 tarihinde katıldı
71 syf.
·
Puan vermedi
·
8 saatte okudu
Əslində fəlsəfə ilə hələ təzə-təzə tanış oluram. Müəyyən məlumatlar əldə etdikcə , özüm də mənə maraqlı gəldiyini görəndə təəccübləndim. Düzünü desəm , sadəcə roman oxumaq istəmirdim. Hə , roman oxuyarsan , təsəvvürünü bununla da genişlədərsən .Lakin nəsə fikirlər yaradan kitablar oxumağın daha əhəmiyyət kəsb etdiyini düşündüm .Yəqin bir müddət sonra yeni bir şeylərlə tanış olanda bəlkə də maraq dəyişər .Amma hələki fəlsəfə . Təbii ki , kitabdakı məlumatların bir qismini az -çox Sokrat haqda eşitmiş, məlumat oxumuş və ya film izləmiş şəxslər əvvəldən bilirlər .Lakin nisbətən müəllifin Sokratın həyatını bədiiləşdirməsi ilə , daha doğru desək , buraya öz fikirlərini qatması ilə yığcam şəkildə müəyyən bilgilər qazanırıq . Sokratın məşhur sitatını demə səbəbini də bu kitabdan öyrəndim .Məlumatlanmaq üçün oxumağa dəyər.
90 Dəqiqədə Sokrat
90 Dəqiqədə SokratPaul Strathern · Bakı Fəlsəfə Akademiyası · 2020177 okunma
Reklam
80 syf.
·
Puan vermedi
·
14 saatte okudu
Kitab özündə 7 hekayəni birləşdirir.Məktəb vaxtında dəfələrlə Cəlil Məmmədquluzadənin əsərlərini oxusam da , indi bir daha oxuduqda fərqli fikirlər yaranır Poçt qutusu hekayəsinin baş qəhrəmanı Novruzəlidir .Biz Novruzəli xarakteri ilə o dövrkü insanlarımızın əksəriyyətinin elmini , savadını , dünyagörüşünü müşahidə edirik . Hadisələr
Poçt Qutusu
Poçt QutusuCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2021286 okunma
144 syf.
·
Puan vermedi
Azərbaycanın görkəmli yazıçısı , dramaturq, bədii publisist əsərlər yaradıcısı Cəlil Məmmədquluzadənin o dövrdə cəmiyyətimizin vəziyyətini mükəmməl şəkildə əks etdirdiyi əsərlərlərindən biri də "Danabaş kəndinin əhvalatları"-dır.Əsər qısa olmasına baxmayaraq , oxucular üçün məlumat mənbəyidir . Ustalıqla yazılan əsərin müqəddiməsində
Danabaş Kəndinin Əhvalatları
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019625 okunma

Okur Takip Önerileri

Tümünü Gör
400 syf.
·
Puan vermedi
·
Beğendi
·
16 günde okudu
Bir kitabın daha sonuna gəldim .Hərdən niyə kitab oxuyaq ? sualını özüm də düşünürəm .Kitablar bizə nə verəcək ? Bu sualları vermək bəzən kitabdan bezəndə, ya da hansısa hissəsi bizə xoş gəlməyəndə daha çox bizi narahat edir. Amma inanıram ki , elə an gələcək ki , oxuduğumuz bir kitab , onun içindəki bir cümlə bizim həyatımızı istədiyimiz yöndə
Əxlaqi- Nasiri
Əxlaqi- NasiriNasirüddin Tusi · Qanun Nəşriyyatı · 202061 okunma
189 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 günde okudu
İradə tərbiyəsi
Özünü inkişaf mövzusunda oxuyanların , təcrübəli insanlardan və kitablardan məsləhət almaqdan , bunlardan müəyyən nəticələr çıxarmaqdan həzz alan oxuyucuların zövqünü oxşayacağına inanıram.Kitab əsasən gənc nəsil üçün maraqlı olacaqdır .Belə ki , mən kitabı universitetə yeni başlamış və ya universitetlə , tədrislə hələ əlaqəsi kəsilməyən şəxslərə tövsiyə edərdim . Əslində kitabı oxuyarkən öz universitet xatirələrin , həmin illər ərzində səndə olan dəyişikliklər göz önünə gəlir , nələri səhv ,nələri düz etdiyinin az da olsa fərqinə varırsan .Hər kitabın fikir və duyğularımızı , müəyyən qədər həyatımızı dəyişdiyinə inanıram .Doğru istifadə edə bilsək , bu kitab da həyatımıza yön verəcək , tənbəlləşmək istədikdə nələrin baş verəcəyini əvvəlcədən bizə göstərən , iradəmizi möhkəmlətməyin yollarından bəhs edən dəyərli kitablardan biridir .
İrade Terbiyesi
İrade TerbiyesiJules Payot · Ediz Yayınevi · 201829,2bin okunma
Reklam
504 syf.
·
Puan vermedi
·
20 günde okudu
Sofinin Dünyası - kitab elə üz qabığında qeyd edildiyi kimi fəlsəfə tarixindən bizə məlumat verən , bizi müəyyən suallar ətrafında düşündürməyi , hətta bəzi mövzularda baxış tərzimizi dəyişdirən bir romandır . Əsərin bizdə həyəcan dolu anlar yaşatması oxumağımızı , kitabı əlimizdən qoyandan sonra ona qayıtmağımızı daha da asanlaşdırır.Bu mənim fəlsəfə mövzulu oxuduğum ilk kitab olsa da , son olmayacağının fərqindəyəm .Hətta bir müddət sonra kitabı yenidən oxumaq fərqinə varmadığım bəzi məqamları daha da aydınlada bilər . Biz əsəri oxuyarkən əslində bu günə kimi təhsil həyatımızda eşitdiyimiz dahilərin , filosofların ,elm adamlarının adlarını gördükcə , onlar haqqında müəyyən dərəcədə əhatəli məlumatlar aldıqca , bu bizi onları araşdırmağa sövq edir .
Sofinin Dünyası
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201836,9bin okunma
226 syf.
·
Puan vermedi
·
9 saatte okudu
I love reading or watching something about autistic people. That is why I wasn't fed up when I read it. Christopher was one of my favourite characters . I recommend it to all people who want to know about autistic people and their feeling .I guess the author has described awesome.
The Curious Incident of the Dog in the Night-Time
The Curious Incident of the Dog in the Night-TimeMark Haddon · Vintage · 20043,240 okunma
88 syf.
·
Puan vermedi
·
5 günde okudu
Raçinski dövrünün tanınmış və məşhur professorlarından biri idi .Beynində uzun illərdir düşündüyü bir məsələnin həlli üçün ani bir qərarla Universiteti tərk edər və Kiçik bir kənddə işə başlayar .Bu kənd onun öz doğma kəndi idi .Çoxları Raçinskinin ağlını itirdiyini zənn etsələr də , böyük bir səy və inadı sayəsində o istədiyini az da olsa əldə edə bilir .Bu isə bizə insanlar üzərində kiçik bir dəyişikliyin nə qədər müddət aldığını göstərir .
İdealist Öğretmen
İdealist ÖğretmenGrigory Petrov · Koridor Yayıncılık · 20176,2bin okunma
146 syf.
·
Puan vermedi
Albert Kamyu ilə tanışlığımın başladığı ilk povest , baş qəhrəmanın həyata dair hissləri , fikirləri əsərin fərqli şəkildə yadda qalmasına gətirib çıxarır .Sadəcə elə ilk cümləsini oxusanız, qəribə olduğuna şahid olarsız . ( "Bu gün anam öldü . Bəlkə də dünən ölüb ,bilmirəm " )və bir insan da gözləmədiyiniz xüsusiyyətləri kitabda görəcəksiniz desəm yanılmaram .Görəcəksiniz deyirəm , çünki əsərdə incə detallara ustalıqla fikir verildiyindən mühiti beyində asanlıqla canlandırmaq olur . Sanki Qəhrəmanımız həyatı başdan sona səhv anlayıb.Onsuz öləcəm , yəni ya bu gün ölmüş , ya sabah kimi fikirin sahibi olan bu adam həyatda heç nəyi mənalı görmür .Sadəcə anlıq həzzlər onu həyəcanlandira bilir .Ən çətin halda belə indini və gələcəyi fikirləşirdi .Keçmiş sanki bu qəhrəman üçün sözün əsl mənasında keçmişdə qalırdı .Ya unutqanlığından ya da laqeydliyindən.. Bəlkə də anlıq həzzlər xoş gəlirdi .Hər bir şeyə öz qəlbində bir səbəb tapırdı .Və həyatı haqlı çıxararaq özünə təskinlik tapır .Amma heç təskinlik tapdığının da fərqində deyil .Heç nəyə inanmır , heç bir fikri məqsədi olmadan yaşayır. Ölməyə gedərsən , amma onda da ölməyinə haqq qazandırarsan.Səni ittiham edənlərə bir kəlmə söz deməzsən .Bir sözlə belə özünü haqlı çıxarmazsan .Necə edəsən , heç özün bilmirsən niyə bu hadisəni törətmisən.
The Stranger
The StrangerAlbert Camus · Bokp · 2012112,4bin okunma
126 syf.
·
Puan vermedi
·
12 saatte okudu
Həqiqətən mənim üçün fərqli bir əsər oldu. Mənası dərindir .Əslində Lenni öz qorxuları üzündən hər dəfəsində pis hala düşürdü.Təbii ki , dünyada Lenni ilə dialoqa girən tək bir insan Corc olmayacaqdı .Corc bunu nəzərə alıb bəlkə də Lenni ilə fərqli davrana bilərdi.Bir az daha fikirləşməliyəm. Ümumilikdə isə bir oxunuşa qurtara biləcəyimiz ,axıcı , beyində suallar yaradan ,Hətta Green Mile filmindəki qəhrəmanlara da ara-sıra bənzədə biləcəyimiz qəhrəmanlara malik Əsər idi .
Fareler ve İnsanlar
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023173,1bin okunma
Reklam
288 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Robin Sharma oxuduğum ilk kitabı oldu .Axtardığım kitab idi. Culian və Con arasındakı dialoq elə qurulub ki ,sən kitabı bitirəndə kitab səndə motivasiya yaranır .Çox axıcı oldu .Hədsiz dəyər qatan bir kitabdır .
"Ferrari"sini Satmış Rahib
"Ferrari"sini Satmış RahibRobin Sharma · Bakı Kitab Klubu · 201620,2bin okunma
72 syf.
7/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
Spoiler var
Deməli belə , Doğulduğu gündən sanki şanssızmış kimi bu adama ad tapmaqda çətinlik çəkirlər və nəhayət atasının adını qoyurlar Akaki Akakayeviç . Departamentdə məmur işləyən Akaki öz işini çox sevər , hansı ki ancaq bütün günü nəyinsə üzünü köçürməklə məşğul olardı . Onu heç nə maraqlandırmaz, hətta ətrafındakıların ona etdikləri şit zarafatları da qəbul edərdi .Bir köhnə şineli var idi , belə ki yamanmaqdan yaxası artıq kiçilmişdi . Son dəfə yanaşmaq üçün Petroviçin yanına apardıqda o bunu edə bilməyəcəyini , artıq yeni birini tikmək lazım olduğunu deyir . Akaki Akakayeviçin buna pulu yox idi . Petroviçin tikməsi üçün ən azı ona 80 manat (bizim pulla) lazım olur , bu pul isə onun üçün 2-3 aylıq maaşı idi bəs digər şeylər onları da almaq üçün pul lazım idi .Bir sözlə Akaki Akakayeviç yeməyindən , digər geyimlərindən və ehtiyaclarından qənaət edir.O gün gəlib çatır və artıq şineli hazır olur ....Bundan sonra isə hər şey dəyişir ...
Palto
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201737,2bin okunma
258 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Cek London - Ağ diş - Müəllifin Mükəmməl şəkildə qələmə aldığı bu əsərdə həm insanın necə ali varlıq olduğu, həm necə qəddar ola bilməsini atası qurd , anası isə köpək olan heyvanın ( sonralar Ağ diş adı verilən) hələ doğulmamışdan əvvəldən baş verən hadisələrlə əks olunub .Əsər ən azı bir dəfə heyvanlar haqda sənədli filmə baxmış oxucuların beynində çox kiçik incəliklərinə qədər canlanır . Ağ dişin həyatı boyu üzləşdiyi çətinliklər , onun mübarizəsi , özünü həm qurd , həm köpək kimi aparması bizi heyrətləndirir. Ağ dişin müxtəlif vaxtlarda insanlar içərisində düşdüyü vəziyyətlər bəzən bizdə insanlara qarşı nifrət yaradır , bəzən də elə insanla qarşılaşır ki, bütün insanlarda o hisslərin olmasını arzulayırıq .Romanın sonuna qədər baş verənlər hər birimizi maraqda saxlayır . Qarışıq hisslər ( sevinc , kədər, durğunluq, heyranlıq, təəccüb )keçirmək istəyənlərin oxuması gərəkən bir kitab ...
Beyaz Diş
Beyaz DişJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202077bin okunma
60 syf.
7/10 puan verdi
Spoiler Ola bilər
‌Dürüst oğru -. Bilinməyən bir şəxs tərəfindən nəql edilən əsərdə hadisələr elə baş tutur ki , evini kirayə verdiyi şəxsin Dürüst oğru Yemalyan haqqında danışdıqları diqqətimizi cəlb edir.Bir insanın necə yazıq olması , acınacaqlı vəziyyətinin Astafi Ivanoviçi onun oğru olmamasına necə inandırdığını hiss edirik .Əslində elə də pis insan olmayan Yemalyan vicdan əzabı çəkir .Bəlkə də bunun səbəbi Astafi Ivanoviçin Yemalyanı himayə etməsi , öz yeməyindən ona da ayırması , evində yer açması və ən əsası onun yaxşılığını fikirləşərək içkidən əl çəkməsini və özünə iş tapmasını tövsiyə etdiyinə görə idi. Yemalyana etdiyi dəyəri ölçülməyən yaxşılığın qarşılığı bu idi mi?! Yemalyan elə bu vicdan əzabı ilə də gündən-günə pisləşir və ölür ...
Dürüst Hırsız
Dürüst HırsızFyodor Dostoyevski · Kafe Kültür Yayıncılık · 20153,002 okunma
74 syf.
8/10 puan verdi
·
3 saatte okudu
Frans Kafka - Çevrilmə - Əsərin baş qəhrəmanı yuxudan oyanar və günə heç də adi günlər kimi başlamaz. O özünün bir həşərata çevrildiyini görər . Bu onun artıq heç nəyi əvvəlki kimi etməyəcəyini göstərir .Ailəsi biləndən sonra da artıq sanki Qriqorsuz günlər başlayır . Əsərin bu yerlərində Qriqorun çevrilməsindən əvvəl ailəsi üçün nələr etdiyini , necə məsuliyyət daşıdığının şahidi oluruq . Evi dolandırmaq , borcu ödəmək üçün sevmədiyi bir işlə məşğul olması buna ən yaxşı sübutdur . Müəllif onu həşərata çevirməklə bir növ bütün bu məsuliyyətlərdən azad edir .Ana , ata və bacısının da Qriqorla olan münasibətlərini nitqlərindən təsəvvür edə bilirik . Oxunası , lakin tam fikir söyləmək olmayan , hər kəsin fərqli düşünəcəyi bir kitab.
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022224,2bin okunma
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Qorxu - Əla kitab idi .Daim fikirləşməyə məcbur edir . Edilən səhv və ondan doğan qorxu , şübhə hisslərinin insana necə təsir edə biləcəyini , insanın hətta dörd divar arasındakı xəstələrə belə həsəd aparacağını göstərir .Həmçinin sonunu təsəvvür etmək olmur.
Korku
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022103,7bin okunma
Reklam
288 syf.
9/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
Maraqlı və axıcı bir kitab idi .Belə ki , hər kəs bu kitabdan dəyərli məsləhətlər əldə edə bilər .Mənim ən çox diqqətimi cəlb edən ilk hissə , hansı ki etməli olduqlarımızın yaşa görə bölündüyü hissə və təhsillə bağlı olan hissə idi. Təhsillə əlaqədar olan hissədə xüsusilə bir sıra nüanslar diqqəti cəlb edir. Müəllimlər haqqında fikirləri və onların necə olmasını qeyd etdiyi sətirlər gələcəyin müəllimləri üçün sözün əsl mənasında yol göstərir .
Bir Ömür Nasıl Yaşanır?
Bir Ömür Nasıl Yaşanır?İlber Ortaylı · Kronik Kitap · 202055,6bin okunma
83 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 saatte okudu
Şahmat - Stefan Sveyq (Əsəri oxumaq istəyənlərə ..)
Şahmat -Stefan Sveyqin yaratdığı son mükəmməl əsərdir .Belə ki , həmin il özünə qəsd edir. Əlbəttə bunun üçün də müəyyən səbəbləri olur. Əsərdə hadisələr Nyu-Yorkdan Buenos Ayresə gedən gəmidə 12 günlük səyahət zamanı baş verir .Adını bilmədiyimiz, hadisələri bizə nəql edən şəxs dostu ilə söhbət əsnasında gəmidə Mirko Çentoviç adlı dünyaca məşhur Şahmat çempionunun olduğunu və bu şəxsin heç də digərlərinə bənzəmədiyini , çox qəribə xasiyyətlərinin olduğunu öyrənir . Çentoviçlə Şahmat oynamaq üçün əməlli-başlı götür-qoy edib sonda bir yol tapır. Lakin oyun zamanı Doktor B . İlə tanışlıq hər birimizi valeh edir .Bundan sonra onun başına gələnləri danışması sonadək bizi həyəcan içində qoyur . Ümumilikdə əsəri oxuyarkən iki fərqli məqsəd üçün Şahmatı öyrənmiş şəxslər diqqət mərkəzində olur. Həyatları isə əsərin axıcılığının əsasını təşkil edir .
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020238,5bin okunma