Günay Xankişiyeva

Günay Xankişiyeva
@gunception
Bu, kamil bir müəllimdən dərs almaq niyyətilə uzaqlara səfər edən gənc oğlandan bəhs edən klassik hekayəyə bənzəyir. Belə ki, gənc oğlan müdrik müəllimiylə görüşür, müəlliminə ilk sualı belə olur: "Sizin kimi müdrik olmaq üçün mənə nə qədər vaxt lazımdır?" Müdrik müəllimin cavabı ləngimir: -Beş il. -Bu çox uzun bir vaxtdır. Əgər mən ikiqat çalışsam onda necə, neçə il çəkər? -oğlan soruşur. -Elə isə bu on il çəkər, - müəllim deyir. -On il? Bu çox uzun vaxtdır. Bəs əgər gecə-gündüz çalışsam, onda necə? -On beş il, - müdrik cavab verir. -Sizi başa düşə bilmirəm. Hər dəfə mən bütün enerjimi məqsədimə sərf etməyə söz verəndə, mənə deyirsiniz bu daha çox vaxt aparacaq. Nə üçün? -Cavab çox sadədir. Sən Sən bir gözünü nəticəyə cəmləşdirdiyin halda, o biri gözün gedəcəyin yolda sənə bələdçilik etməkdə çətinlik çəkəcək.
Reklam
Ən qeyri-adi bağ
Beyin çox yaxşı xidmətçi, amma çox dəhşətli bir müəllimdir. Əgər sən həmişə mənfi şeylər düşünmüsənsə bu o deməkdir ki, beynini nəzarətsiz buraxmısan, onu daha yaxşı şeylərə yönəltməmisən. Uinston Çörçil deyirdi ki, böyüklüyün qiyməti fikirlərimizə cavabdehlikdir.
Karl Yunq belə deyib nə vaxtsa: Yalnız ürəyinizə baxarkən siz daha yaxşı görəcəksiniz. Kim ki ətrafa baxır-xəyal edir, kim ki içinə baxır - o oyanır.
Sayfa 61 - Culian MəntlKitabı okudu

Reader Follow Recommendations

See All
Şəxsi dəyişmə təcrübəsi
-Nə vaxt ki, sən özünü sevəcəksən, yalnız bundan sonra başqalarını da həqiqətən sevəcəksən. Başqalarının ürəyinə toxunmaq üçün öz ürəyinin qapısını açmalısan.
Şəxsi dəyişmə təcrübəsi
Mən sənətkaram - mənim incəsənət əsərim mənim həyatımdır.
Sayfa 51 - SuzukiKitabı okudu
Reklam
Culian Məntl və Conun söhbətindən
-Con, çox vacib bir şeyi dərk etdim. Mənim daxili dünyamın da daxil olduğu bu dünya xüsusi bir yerdir. Həm də onu dərk etmişəm ki, əgər daxilində uğur qazanmırsansa üzdə qazandığın uğurun heç bir dəyəri yoxdur.
Bütün xəyalpərəstlərin xəyalları heç vaxt gerçək olmur. Onların xəyalları həmişə həddindən artıq olur.
Sayfa 46 - Alfred Lord VhiteheadKitabı okudu
Uzun ayrılıqdan sonra görüşdüklərini üçün sevindilər, lakin bəlkə də bir daha görüşməyəcəklərini əvvəlcədən hiss edib kədərləndilər. Həyat onları bir - birindən ayırıb yenidən bir anlığa yaxınlaşdırsa da, uzun müddət bir yerdə olmağa qoymurdu. Keçmiş günləri geri qaytarmaq mümkün olmur. Təkcə xatirələr isə adamları bir-birinə bağlamaq üçün kifayət etmir.
Sayfa 178 - İhsan və Yusifin söhbətindən sonraKitabı okudu
Geri13
53 öğeden 46 ile 53 arasındakiler gösteriliyor.