Vespera

Vespera
@heymisscane
- Sən niyə mənim kimi etmirsən axı? - Sən neynəyirsən ki? - Heç kimdən heç nə gözləmirəm. Ona görə peşman da olmuram.
Sayfa 48·Kitabı okudu
Alıntı
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
-Necə olur sənin əlindən hər iş gəlir? Hər şeyi düzəltməyi bacarırsan... - Çünki hamı kəpənək qalstuk taxan şair olmaq üçün doğulmur. Bir işi doğrudan da öyrənmək istəyirsənsə, öyrənəcəksən. - Yox, elə deyil. Adam gərək belə işə “meyilli” olsun. Bir an duruxdu, Edmundu dayıdan öyrəndiyimi güman etdiyi söz onu tutmuşdu.
Sayfa 47·Kitabı okudu
Alıntı
Danışan içimdəki kiçik quş deyildi. Bu səs ürəyimdən gəlirdi. Hə, dedimsə, demək eləyəcəkdim. Niyə axı Balaca İsa məni sevmirdi? O ki dünyaya gəldiyi tövlədəki öküzü, eşşəyi belə, sevmişdi. Məni isə yox. Bəlkə şeytanın xaç oğlu olduğuma görə məndən qisas alırdı. Bəs Luis? Luis axı hədiyyəyə layiq idi? Axı o, bir mələkdir. Göy üzünün mələkləri ondan şirin ola bilməzdi...
Sayfa 46·Kitabı okudu
Alıntı
- Əminsən ki, bu yarasan səni çox sevir? - Bəs necə. - Bütün qəlbi ilə? - Şübhəsiz. - Onda gərək inanasan ki, arxanca gələcək. Ola bilər bir az geciksin. Amma bir gün mütləq gəlib səni tapacaq.
Sayfa 36·Kitabı okudu
Alıntı

Vespera

, bir kitabı okumaya başladı
Jane Austen
8.4/10 · 97,6bin okunma