Asiman Cabbar

Asiman Cabbar
@highlighter
Sıkı Okur
Es muss sein!
184 syf.
9/10 puan verdi
·
Liked
“Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir”. Corc Oruell Dəhşətlisi burasındadır ki, “Heyvan Respublikası” aktuallığını itirməyərək bu gün də dünyanın ən çox oxunan kitabları siyahısındadır. Dəyişən sadəcə sinfi adlar və sistemlərdir. Oruell bu sehrli nağılı ilə tarixçilərin, diktatorların, ictimai xadimlərin demədiyi bir çox həqiqətləri, avtoritar rejimlərin insanları necə əllərində oyuncağa çevirdiyini çatdırır. “Heyvan Respublikası” XX əsr və bəlkə də, ümumilikdə dünya ədəbiyyatının ən satirik və həcv dolu əsərlərindən biri hesab olunur. İlk nəşrindən yalnız 43 il sonra SSRİ-də nəşr olunan bu kitabda Oruell Stalin və onun siyasətinin iç üzünü açmaqla yanaşı, heyvanların qurduğu “respublika” timsalında marksizmi təhlil edirdi.
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0249.1k okunma
Reklam
176 syf.
9/10 puan verdi
·
Liked
Sabahattin Ali'nin "Kürk Mantolu Madonna" əsərini iki günə bitirmişdim. Həm axıcı, həm də sürükləyici bir əsərdir. Əsərdə əsas hadisələr Raif əfəndi ətrafında cərəyan edir. Mənəsəri çox böyük təəssüratlarla və duyğusallıqla bitirdim. Oxumayan hər kəsə tövsiyyə edirəm. Oxuyanlardan isə əsər haqqındakı təəssüratlarını öyrənmək istərdim. Sizcə əsərdəki əsas anlatılmaq istənən nədir? Sizcə Maria Puder və Raif Əfəndi hansı daha çox öz sevgilərinə bağlı idilər. Baxmayaraq ki, mütəmadi kitab oxuyan biriyəm. Bu kitab son zamanlarda oxuduğum bir çox kitablardan çox mənə təsir etdi.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Panama Yayıncılık · 2019317.7k okunma
399 syf.
6/10 puan verdi
·
Liked
Bu əsər S.King'dən oxuduğum ilk əsər deyildi. Seçilmiş əsərlərini oxuduqdan sonra bu yazara qarşı, məndə simpatiya yaranmağa başladı.Triller janrında bir əfsanə olduğu qənaətinə gəldim. Kitab rəyinlərinə məhz onun yazdığı bu romanla başladım. Əsər, Kashwakamak gölü ətrafındakı evlərində "eşq oyunu" ilə məşğul olan Jessie və Gerald Burlingame'in yaşadıqlarından bəhs edir. Romanın ilk 10-20 səhifəsi normal axarı ilə davam edirdi. Faha sonrakı səhifələrdə artıq sıxılmağa başladığımı hiss etdim. Xüsusilə ilə,Jessie'in Geraldın yoxluğunda, iç aləmində yaşadıqlarını oxumağa çətinliklə dayandım. Əsərin,türkçəyə tərcüməsinin kifayətsizliyindənmi, yoxsa orginal halının da belə olmasındanmı qaynaqlanır, qərar verə bilmədim. Gənc bir qadının uşaqlıqdan qalma travması və gördüyü xəyalı varlıqlar,oxucu üçün cəlbedici görünə bilər. Roman boyunca, məndə müsbət fikirlər yaranırdı. Sadəcə bu fikrin ömrü uzun olmurdu. Heç olmasa sona doğru yaxşı birşey olar ümidim, məni doğrultmadı. Romanın sonu, qarma-qarışıq,fikir tamamlanmamış hiss verdi. Ümumi olaraq bəyənmədim. Oxumusumuzsa fikirlərinizi bilmək istəyərəm.)
Oyun
OyunStephen King · Altın Kitaplar · 20071,221 okunma