Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Bu nəzəriyyəyə görə, bir gözün gördükləri o birindən çox cüzi müddətdə tez yaddaşa keçə bilər və millisaniyələr sonra o biri göz həmin şeyi görəndə tanışlıq hissi yaranar. Demə ki, gözlərarası optik gecikmə baş verir. Halbuki, gözlər hər şeyi eyni anda görməlidir. Bu şüuru aldadır və əslində olmayan yerdən tanışlıq hissi yaradır.
Uşaqlıqda valideynlərinin bir-biri ilə yaxşı münasibətdə olması,səninçün nə qədər həyatı anlam daşısa,xoşbəxtliyinin əsası olsa da,böyüyəndən sonra əksinə,ən əhəmiyyətsiz məsələyə çevrilir. Və mən sahib olduğum ailənin timsalında öyrəndim ki,bir qadın xoşbəxt deyilsə,həmin ailədə kişi də bədbəxt olur,uşaqlar da.Hər halda,yəqin elə qadını da xoşbəxt edən kişidir...
Reklam
“Hədisül-Qüds”dən oxuyur: “Onlara nə verilsə də, onunla qane olmazlar.Onlardan nə isə əsirgəyəndə isə səbirləri tükənər.Onlar xeyirxah əməllərdən danışarlar, özləri isə heç nə eləməzlər. Onlar pis olanları yasaq edər, özləri də həmin o əməllərdən çəkinməzlər. Onlar yaxşı insanları sevərlər,özləri isə onlardan olmazlar. Onlar ikiüzlülərə nifrət edərlər, özləri isə onlardan biri olarlar…
Sayfa 94 - YuvaKitabı okudu
208 syf.
·
Puan vermedi
Oxuyun, oxutdurun...
Sadəcə möhtəşəm, bir gənc yazıçıdan belə bir kitab, həqiqətən gözəldir. Kitabda hər mövzuya toxunulub: dost xəyanəti, qadına qarşı təcavüz, gənclərin sevgisi, məktəblilərin xoşagəlməz davranışları və s. Düşünün ki, hər hansı bir əşyanız itib və siz onu axtarırsınız, amma əşyanızı götürən insanda sizinlə birlikdə axtarır. Və bu sizin dostdan ötə, doğmanızdır. Baş obrazımız Murad, Hümra adlı gənc qızımızla eşq yaşayır,amma ikisidə heç cürə dilə gətirə bilmirlər. Lakin Murad digər qızlarla Hümranın gözü önündə çox şey edir. Daha sonra bu məktəbdə gənc qızlar qaçırılmağa başlayır, və bir daha izləri tapılmır. Bunu eşidən Murad və illərdi onlarla birlikdə olduğu dostdan ötə qardaşları Ravin (Rav) , Seyfət (Seyf), İsa ilə birlikdə həmin qatilin izinə düşürlər. Hadisələr elə cərəyan edir ki, qatil onların tam yaxınında olur. Və kitab elə həyəcanlı yerində bitirki biraz əsəb keçirdə bilərsiniz. 2-ci kitab da var imiş, səbrsizliklə gözləyirəm. Çox danışmaq istərdim, lakin spoiler vermək istəmirəm. Yazıçımıza bol-bol uğurlar diləyirəm.
Nəimi
Nəimi
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024109 okunma
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İllər öncə yaşandı...
Nəvaxt kitab oxumağa başlayıramsa anamın bütün ev işləri həmin dəqiqəsi başlayır.Belə olmasa idi kitabı 4 günə deyil,1 günə oxuyub bitirmişdim.
Qarmaqarışıq
Qarmaqarışıq
dan sonra,növbəti kitabdır ki,bu qədər təsir etdi mənə.Elə səhifələri oldu ki,göz yaşlarımı saxlaya bilmədim.Kitabın əsas qəhramanları "Səmra və Atabəy"in sevgisidə elə
Qarmaqarışıq
Qarmaqarışıq
da ki, "Hümra və Murad"ın sevgisini xatırlatdı.Səmranın varlı,Atabəyin kasıb bir ailədə böyüməsi,zamanla bir-birlərini özlərindəndə çox sevmələri,birlikdə gələcəklə bağlı xəyallar qurub o xəyalı gerçəkləşdirmək üçün yalnız Səmranın çabalaması,ailəsinə görə Atabəyin o xəyallarından ən üzməsi,Səmranın gözünün içinə baxa-baxa onun ailəsini təhqir edən Atabəyə qarşı olan sevgisinin illər keçsədə heç bitməməsi,nəhayətində Səmranın Rəşada şans verməsi və təsadüf nəticəsində Səmra ilə Atabəyin illər sonra bir oteldə göz gözə gəlib,bir-birlərini sadəcə "sinif yoldaşı olmuşuq" deyə tanıtmaları... Bəzən insan oxuduğu kitabı öz həyatı ilə müqayisə edir.İçində yazılan o incə nüansları bir vaxtlar yaşamaq və bir kitab ilə yenidən xatırlamaq insana acıdan başqa bir şey vermirmiş...)
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 201699 okunma
İnsanın yaxşı cəhətlərini sağlığında üzünə deyib onu fərəhləndirmək ən düzgün əməllərdən biridir. Bu, eyni zamanda həmin adamın məsuliyyətini artırır, onu daha yaxşı olmağa sövq edir.
Reklam
Bircə öpüşə görə məndən min manatlıq nişan üzüyü tələb edən qızlar idi mənim sinif yoldaşlarım, qrup yoldaşlarım və iş yoldaşlarım. Doğrudan da, bütün o yoldaşlar, mənim uzun həyat yolumun, sadəcə, daşları idi. Yolun kənarında mənə lazım olmayan "Yol daşları" idi həmin yoldaşlar.
Sayfa 15
Doğrudan da, bütün o yoldaşlar, mənim uzun həyat yolumun, sadəcə, daşları idi. Yolun kənarında mənə lazım olmayan "Yol daşları" idi həmin yoldaşlar.
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Spoi ehtiva edir
At milçəyi adı ilk baxışdan qəribə görünə bilər.Hətta kitab haqqında ilkin fikir də formalaşdıra bilər.Kitabın digər adı Ovod isə rus dilinə tərcümədir. Dini seminariyada təhsil alan alan gənc Artur gizli təşkilat üzvləri ilə (Gənc İtaliya) tanış olur. Təşkilatın öz qarşısına qoyduğu hədəflər və ideya Arturun ağlına batır. Arturun
Atmilçəyi
AtmilçəyiEthel Lilian Voynich · Parlaq İmzalar Nəşriyyat · 01,829 okunma
Reklam
Əgər qadın hansısa rəngin ona yaraşmadığını düşünürsə, heç bir halda həmin rəngdə don geyinməz
Sayfa 117Kitabı okudu
İnsanlar kimin hərəkətlərini öncədən deyə bilirlərsə, həmin insanlara nəzərən üstün olduqları hissi onlara hakim kəsilir.
Bilirsinizmi, eyni bir şeyə tragik nöqteyi-nəzərdən baxmaq və onu bir əzaba çevirmək olar, digər tərəfdən həmin şeyə sadə və hətta şən bir halda baxmaq mümkündür.
9/10 puan verdi
Öncəliklə uzun bir müddətdi oxuyub bitirəbilmədiyimə baxmayaraq, bildirmək istəyirəm ki, axıcı əsərdir və günümüzün bəzi reallıqlarını özündə əks etdirir. Bir kitab haqqındakı təəssüratlarımı ilk dəfədir bölüşdüyüm üçün böyük ehtimal ki, spoilerlər çox olacaq :) Əsər məncə özlüyündə xüsusi bir mövzuya fokuslanmayıb, bir-birinə axıcı şəkildə
Martin Eden
Martin EdenJack London · Sis Publishing · 201390,9bin okunma
"Mənim özümü qiymətləndirməyim özgə bir şeydən, məsələn, hər hansı bir zahiri uğurdan deyil, daha çox səndən asılı idi. Zahiri uğur bircə anlığa parlayırdı, vəssalam... Ancaq həmin anda da sənin tərəzinin gözü ağır gəlirdi, o birini qaldırırdı..."
Sayfa 59 - Mini Klassika Seriyası 64 / Qanun NəşriyyatıKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.