Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Matanat Alakbarova

Matanat Alakbarova
@matanatalakbarova_
Klinik Psikolog
Azerbaijan, Baku
191 okur puanı
Haziran 2020 tarihinde katıldı
- Ana, atam evlənməyinizi sizə necə təklif etmişdir? - Çox sadə, heç bir qeyri-adi şey olmamışdır. - Yox, axı necə? Onunla danışmağa sizə icazə verməzdən əvvəl onu sevirdinizmi? - Əlbəttə ki, sevirdim; o bizim kəndə gələrdi. - Bəs məsələ necə həll olundu, anacan? - Yəqin, sən elə düşünürsən ki, siz yeni bir şey icad etmisiniz? Hamısı bir cür olur: məsələni gözlər və təbəssümlər həll etdi… - Ana, siz nə gözəl dediniz! Məhz gözlər və təbəssümlər…
Reklam
Vəziyyəti dəyişməyə heç bir şeyin mane olmayacağını bildikdə bardaş qurub eyni vəziyyətdə bir neçə saat oturmaq olar; lakin insan bardaş quraraq oturmağa məcbur olduğunu bildikdə ayaqları keyiyər, onları ürəyi istədiyi kimi yerə uzatmağa can atar.
O hiss edirdi ki, qanına bulanmış ve ağrıdan ulayan bir iti başqa itlər boğduğun kimi, insanlar da onu məhv edəcəklər. O bilirdi ki, insanlardan yeganə xilas yolu - öz yaralarını onlardan gizlətməkdən ibarətdir.

Okur Takip Önerileri

Tümünü Gör
İnsanın ölümə məruz olmasına baxmayaraq, o yaşamaq və sevmək zərurəti hiss edirdi. O hiss edirdi ki, məhəbbət onu ümidsizlikdən xilas etmişdir və bu məhəbbət ümidsizlik təhlükəsi nəticəsində daha qüvvətli və daha təmiz olmuşdur.
“Ona baxsam, elə düşünər ki, onu öyrənirəm, qorxuram; baxmasam, elə güman edər ki, mən başqa bir şey haqqında fikirləşirəm. Pəncələrim üstündə gəzsəm, razı qalmayacaq; yeriyib səs-küy salsam, ayıbdır.”
Reklam
“Biz yaşayırıq, amma heç nədən xəbərimiz yoxdur.”
Nikah məsələsində ən əsas şey məhəbbətdir, məhəbbətlə evlənmiş olsan, həmişə xoşbəxt olacaqsan və bu səadət isə yalnız insanın öz daxilindədir.
Yalnız məhv olmaq istəməyən bir adamı xilas etmək mümkündür. Lakin əgər bir adamın təbiəti o qədər korlanmış, o qədər pozulmuşsa ki, məhv olmaq ona bir nicat kimi görünür, o zaman nə etmək olar?
“Sən bu barədə düşün: axı bizim bütün bu dünyamız kiçik bir planetdə əmələ gəlmiş balaca bir kifdən başqa bir şey deyil. Biz isə elə güman edirik ki, bizim nə isə böyük fikirlərimiz və böyük işlərimiz ola bilər. Yox, bütün bunlar hamısı qum zərrəcikləri kimi xırda şeylərdir.”
- Sən bu barədə düşün: axı bizim bütün bu dünyamız kiçik bir planetdə əmələ gəlmiş balaca bir kifdən başqa bir şey deyil. Biz isə elə güman edirik ki, bizim nə isə böyük fikirlərimiz və böyük işlərimiz ola bilər. Yox, bütün bunlar hamısı qum zərrəcikləri kimi xırda şeylərdir. - Əzizim, bütün bu fikirlər hamısı çox köhnə şeylərdir! - Köhnədir, ancaq bilirsənmi, bunu aydın olaraq başa düşdükdə hər bir şey nə isə çox əhəmiyyətsiz və cüzi olur. Başa düşdükdə ki bugün-sabah yıxılıb öləcəksən və səndən heç bir şey qalmayacaq, hər bir şey adamın gözündə bir heçə dönür. Məsələn, mən öz fikrimi çox mühüm şey hesab edirəm, ancaq məlum olur ki, bu fikir hətta onu yerinə yetirsən belə, olduqca əhəmiyyətsiz bir şeydir, məsələn, bu, ayı dərisinin başına dolanmaq kimi boş bir şeydir. Beləliklə, yalnız ölüm haqqında düşünməmək üçün ov ilə, iş ilə başını qarışdırıb ömrü birtəhər başa vurursan.
Reklam
%16 (51/316)
Sanatçının Yolu
Sanatçının YoluJulia Cameron
8.6/10 · 14 okunma
“Bütün adamlar, bütün insanlar da, bizim kimi günahkar bəndələrdir: dava-dalaş salmağın və acıq eləməyin nə mənası vardır?”
Axı ölüm gələnə qədər yaşamaq, həyatı birtəhər başa vurmaq lazım idi.
Bilirsinizmi, eyni bir şeyə tragik nöqteyi-nəzərdən baxmaq və onu bir əzaba çevirmək olar, digər tərəfdən həmin şeyə sadə və hətta şən bir halda baxmaq mümkündür.
O hiss edirdi ki, bəzən yorğun gözlər qarşısında şeylər ikiləşdiyi kimi, onun ruhunda da hər bir şey ikiləşməkdədir. O, bəzən qorxduğunu və nə arzu etdiyini özü də bilmirdi. Baş vermiş hadisədən qorxurdumu, yaxud bunu arzulayırdımı, yaxud gələcəkdə baş verəcək hadisədən qorxurdu və məhz o nəyi arzulayırdı, Anna bunu özü belə təyin edə bilmirdi.
1.708 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.