Necə yalan danışdıqlarını görmək və dinləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmaya tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq surətdə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək nə üçün? Hamısı bir parça çörək, isti bir bucaq, bir quruşluq rütbə üçün yox, bu cür yaşamaq artıq mümkün deyil!
Xoşbəxtlik üçün sabah yoxdur;onun dünəni də yoxdur; xoşbəxtlik keçmişi xatırlamır,gələcəyi düşünmür; xoşbəxtliyin indisi var-o da bir gün deyil,bir andır.