Kitabı təxmini bir həftəyə hər mövzu üzərində ətraflı düşünərək bitirdim.
Kitab əsasən bizim cəmiyyətin hansı travmalardan və hansı səbəbdən əziyyət çəkdiyini çox gözəl təsvir edir. Kitab fərqindəliklərin artması üçün çox yaxşıdır.
Həyatında fərqindəliklərini artırmaq, özünü mənəvi inkişaf etdirmək üçün ilk oxuna biləcək kitablardandır.
Məncə kitab yetəri qədər oxuyucuya çatmır. Ölkəmizdə hər kəsin oxumalı olduğu kitabdır deyə bilərəm. Cəmiyyətimizlə bağlı çox mühim məsələlərə toxunub deyə bilərik.
Bu kitabı oxuyarkən üzləşəcəyiniz bəzi gerçəklər çox acı ola bilər, amma bu acılar inkişafımız üçün çox vacibdir düşünürəm. Artıq cəmiyyət olaraq hər bir fərdin sorumluluq alması gerekdiğini düşünürəm. Ailələrin dağılma səbəbləri böyüdükləri ailələrdən gətirdikləri travmalar olduğu bir gerçəkdir. Bu gerçəyi qəbul edib, sorumluluq alıb dəyişməyin zamanıdır artıq.
Kitabı oxuyacaq hər kəsə xoş mütaliələr