Məhəbbətin romantika ilə əlaqəsi yoxdur, əksinə, eşq ciddi bir günah sayıla, ölümlə cəzalandırıla bilər. Bu qaydalara əməl etməyən soyuqqanlılıqla öldürülür. Əgər iki insandan biri ölümlə cəzalandırılırsa, öldürülən qeyd-şərtsiz qadın olurdu.
Bir səhər dükanda çay içə-içə Kabildə həyatın canlanması barədə düşündü. Arzusunu həyata keçirməklə bağlı planlar qurdu və sevimli şairi Firdovsinin bir sitatını xatırladı: "Uğur qazanmaq üçün bəzən canavar, bəzən də quzu olmalısan".
"İndi isə canavar olmaq vaxtıdır", - öz-özünə dedi.
"Kommunistlər islamçı qrupları məhv etməklə hakimiyyəti əllərində saxlamaq istəyirdilər. Mücahidlər rejimə qarşı silahlı mübarizəyə başladılar. Sonralar bu mübarizə Sovet İttifaqına qarşı amansız partizan müharibəsinə çevriləcəkdi."