Tibb bacısını qırmağa, müəlliməni ağlatmağa, kassir qızla aqresiv danışmağa, 10-15 manata ətir kağızı paylayan qızla mırtlaşmağa, məcburiyyətdən aptekdə 250-300 manata işləyən əczaçı qızı acılamağa, dərdini sizə danışıb rahatlıq tapan qızı istifadə etməyə ürəyiniz gəlir, amma paltar reklamı adı ilə özünü reklam edənlərə, hotel tualetlərində şəkil çəkdirənlərə, crop geyinib lounge’larda qəlyan pülüyənlərə, maşın kapotunda göbək atanları üznəyə ürəyiniz gəlmir, hətta axırıncı pulunuzu da onlara xərcləyirsiniz. Bahalı restoranlara apararsınız, bahalı hədiyyələr alarsınız. Sizinlə qış günü parkdakı skamyada oturub söhbət etməyə belə razı olan qızı, sizdən istifadə edən bar qızlarına dəyişirsiniz. Sonra da kişi-kişi ortada gəzirsiniz..