Qadın, sən varlığın ən gözəlisən,
Dünyanın bəzəyi, ən özəlisən.
Baxışın min arzunun aynasıdır,
Hər gülüşün bir həyat mənasıdır.
Qadın, sənə hansı şeiri yazım?
Sən özün zərif şeir deyilsənmi?
Səni çox tərif etmək nəyə lazım,
Varlığın ən gözəl tərif deyilmi?
-ŞahinZeynalov