İlahe Ehmed

İlahe Ehmed
@iililand
Kitabşünas
ADMİU BDU
Bakı
10 February 1996
45 reader point
Joined on April 2021
413 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 days
GÜN OLUR ASRA BEDEL - CENGİZ AYTMATOV
"Bir çox yazar yaşadığı, böyüdüyü cəmiyyətin, dövrün aynasıdır" Ç.Aytmatovun ən tanınmış əsəri olan "Gün olur asra bedel" Qazaxıstanın Sarı Özək bölgəsində yaşayan Yedigeyin dostu Kazangapın ölüm xəbərini alması ilə başlayır. Bütün kitab 24 saat ərzində cərəyan etsə də, müəllif Kazangapın vasitəsilə keçmişi, bugünü, gələcəyi
Gün Olur Asra Bedel
Gün Olur Asra BedelCengiz Aytmatov · Ötüken Neşriyat · 202146.2k okunma
Reklam
52 syf.
6/10 puan verdi
·
Liked
·
Read in 25 hours
Geçmişe Yolculuk - Stefan Zweig
920-ci illərdə yazıldığı ehtimal olunsa da, əsər meəllifin ölümündən sonra, 1970-ci illərdə işıq üzü görür. Mövzu Bir həkim müdürü xəstələndikdən sonra evində ona baxmalı olur. Evə gələrkən müdürünün həyat yoldaşına aşıq olur. Qadın da ona qarşı boş deyil. Hadisələr bundan sonra necə cərəyan edir? Cavab üçün əsəri oxuyun. Qısa həcmli və axıcı olan kitabda müəllif sevginin zaman, məkan sərhədi tanımadığını göstərir. Ən imkansıza olan sevgi belə bu maneələrə qalib gələ bilir. Hislər dəyişmir. Bəs insanlar? Onlar hələ də eynidir mi? Zweigin qələmini çox sevirəm. Yenə də qısacıq səhifələrə iki insanın dərin dünyası ancaq bu qədər sığdırıla bilərdi. Və bunu da ancaq o bacarardı. Siz də qısa, sadə sevgi hekayəsi oxumaq istəyirsinizsə bu kitaba şans verin. 14.03.22 15.03.22
Geçmişe Yolculuk
Geçmişe YolculukStefan Zweig · İş Bankası Kültür Yayınları · 202326.9k okunma
712 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 13 days
Dune - Frank Herbert
▪️Son zamanlar kitabsevərlərin çoxca eşitdiyi bu kitab seriyasının ilk kitabını mart atında oxusam da postunu bölüşmək üçün özümdə indi cəsarət tapıram. ▫️Seriyanın ilk 6 kitabı 1965-1985-ci illər arasında F.H tərəfindən nəşr olunur. Yazmağa isə 1950-ci illərdə başlayıb. 1986-cı ildə müəllifin ölümü ardından 6 kitabı isə oğlu Brain Herbert qələmə
Dune
DuneFrank Herbert · İthaki Yayınları · 202111.9k okunma

Reader Follow Recommendations

See All
56 syf.
7/10 puan verdi
·
Liked
·
Read in 1 hours
Stefan Zweig - O Muydu?
Zweigin digər əsərlərində olduğu kimi yenə də fikir qısa şəkildə oxucuya çatdırılır. O duyğuların çatdırılması, bənzətmələri, insan psixologiyasının dərinliklərinə işıq tutması ilə seçilir. Bu əsər isə oxuduğum Zweig əsərlərindən çox fərqli təsir bağışladı. Ponto adlı baş qəhrəmanımız bir itdir. Və müəllif bir itin üzərində önəmli mövzulara işıq tutub. Hər şeydə olduğu kimi sevginin də çoxu ziyandır. Abartı davranışlar, diqqət, sevgi, bağlılıq bəzən insanın fəlakəti ola bilər. Yaxşı niyyətli ola bilərsən amma bu sənə pislik olunmayacağına qaranti vermir. İstər insanlara, istər heyvanlara heç vaxt özünüzdən artıq dəyər verməyin. Ve gördüyünüz dəyəri itirməməyə itirdikdə isə bunu həzm etməyə çalışın... Əsərdən aldığım mesaj bu idi. Kitab qısa hekayə sadə qurulsa da məncə Zweig yenə fikrini rahat çatdıra bilib... Müəlliflə tanışmaq üçen bu əsəri töbsiyyə etmirəm amma sonrakı mərhələlərdə oxuyacaq yaxşı bir kitabdır. Ümid edirəm müəllifin bütün əsərlərini oxuya bilərəm. Fevral ayının son - ikinci kitabı haqqında düşüncələrim belə idi. Hər kəsə xoş mütaliələr. 28.02.22 12.46 28.02.22 22.54
O muydu?
O muydu?Stefan Zweig · Can Yayınları · 20195.3k okunma
64 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 17 days
Oscar Wilde - Yalnız sıkıcı insanlar kahvaltıda parıldar
Müəllifin Dorian Gray'in Portresi əsərini oxuyub çox sevmişdim. Hətta ən sevdiyim klassik iki əsərdən biri olmuşdu. Fərqli üslubu, mövzulara yanaşma tərzini bu əsərlə hiss etdikdən sonra həyatı haqqında araşdırma edən zaman "seçim"ləri, geyim tərzi, eyni zamanda hər şeyə fərqli yanaşmasının onu digərlərindən fərqləndirdiyini, tənqidlərə məruz qalmasına səbəb olduğunu öyrəndim. Beləliklə, bütün əsərlərini oxumağa qərar verdim. Lord Henry kimi bir obrazı yaradan adam kim bilir daha nələr yazıb deyə düşündüm. Sonra bu kitabı aldım. Kiçik hekaye olduğunu düşünsəm də aforizmlərdən ibarət olduğunu gördüm və daha da sevindim. Fevral ayının ilk kitabinı tam bir ay erzində az-az oxuyaraq, hər cümləsini düşünüb dərk edərək oxudum. Bir oturuşda oxuyub bitirməyinizi də məsləhət görməzdim. Hər bir sahə, duygu, durum haqqında sadə amma anlamlı fikirlərin əks olunduğu kitab müəllifin həyata baxışını oxucuya çatdırır. Bir neçə aforizmi qeyd edim: ● Tarihe karşı tek görevimiz onu yeniden yazmakdır ● Çok çalışmayı yapacak daha iyi bir işi olmayan insanların sığınağı olarak görürüm ● Yaşamak dünyada en nadir rastlanan şeydir. Çoğu insan sadecd var olur. 11.02.22 17:30 / 27.02.2022 15:33
Yalnız Sıkıcı İnsanlar Kahvaltıda Parıldar
Yalnız Sıkıcı İnsanlar Kahvaltıda ParıldarOscar Wilde · Can Yayınları · 20205.2k okunma
Reklam
Reklam
42 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.