Neçə Məcnunlar gördüm Leylasız
Neçə Leylalar gördüm Məcnunsuz
Neçə Fərhadlar gördüm Şirinsiz
Neçə Şirinlər gördüm Fərhadsız
Neçə Kərəmlər gördüm Əslisiz
Neçə Əslilər gördüm Kərəmsiz
Neçə çobanlar gördüm sürüsüz
Neçə sürülər gördüm çobansız
Neçə dövlətlər gördüm başsız
Neçə başlar gördüm dövlətsiz
Neçə Dəyralar gördüm susuz
Neçə sular gördüm dəyrasız
Neçə adalar gördüm insansız
Neçə insanlar gördüm adasız
Neçə dənizlər gördüm tufansız
Neçə tufanlar gördüm dənizsiz
İlyas
Sevdiyim qızın əlləri başqasının əllərinə dəyib, bunu necə izah edim
Aşiq olduğum, çox sevdiyim qız əğyarla toy nişan edir, bunu necə izah edim
Cənnətçiçəyim, yarım, sevdiyim özgəyə qismət oldu, bunu necə izah edim
İlyas
Ey yar nədən getdin bir şey demədən, nə olar geri dön
Ey gözəl qız eşqindən divanəyəm, nə olar geri dön
Sənsiz mənə bu dünya cəhənnəmdir, nə olar geri dön
Yar sənsiz yaşamaq mənə çətindir, nə olar geri dön
İlyas